28 aprel 2014 16:33

Anar Allahverdiyev: Qələbə uğrunda əsas mübarizə Karlsenlə Rəcəbov arasında gedəcək

“Shamkir Chess 2014” rəsmi saytında Azərbaycan dilində partiyaları şərh edən Vüqar Həşimovun məşqçisi olmuş Azərbaycanın əməkdar məşqçisi Anar Allahverdiyev turnirdəki vəziyyətlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az təcrübəli şahmat ustasının fikirlərini diqqətinizə çatdırır:

"Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2014” Azərbaycan şahmatına böyük töhfə oldu. Yüksək səviyyədə keçirilən yarışın ənənəvi hal alması hər birimizin arzusudur. Güclü şahmatçıların iştirakı ilə belə mötəbər yarış təşkil etdikləri üçün “Synergy Group”a təşəkkür etmək istərdim. Bu yarış, yeni Vüqarların parlaması üçün gözəl şəraitdir. Eyni zamanda, gəncləri şahmatla məşğul olmağa daha da həvəsləndirəcək.

Turnirə gəlincə, "A" qrupunda gərgin mübarizə davam edir. Maqnus Karlsen 4,5 xalla liderdir. İkinci yerdə gözəl oyun nümayiş etdirən Teymur Rəcəbovdur. Onun 4 xalı var. Son turnirlərdə Teymur o qədər inamlı görünməsə də, “Shamkir Chess 2014” yarışında yüksək yerlər uğrunda mübarizə aparmağa qadir olduğunu sübut edir. Doğma Azərbaycanımızda keçirilən yarışda tam başqa Teymur görürük. Fikrimcə, ilk yer uğrunda mübarizə Maqnusla Teymur arasında gedəcək. Son turda Rəcəbov ağ fiqurlarla Karlsenə qarşı oynayacaq. Ola bilər ki, məhz son turda hər şey həll olunsun. Bu mənada, bizi qarşıda maraqlı mübarizə gözləyir. Digər şahmatçıların qələbə şansı qalır. Şəhriyarın uğursuzluğunu iddiaçılar turniri ilə əlaqələndirərdim. Vladimir Kramnik kimi şahmatçı iddiaçıların turnirindən sonra iki ay müddətində istirahət edir. Şəhriyar dincəlmədən “Shamkir Chess 2014”də mübarizəyə başladı. Ona görə yorğunluq istədiyi oyunu göstərməyə mane olur.
"B" qrupunda da yüksək səviyyəli şahmatçılar toplaşıb. Etyen Bakro və Van Xao kimi şahmatçılar hətta "A" qrupunda yarışmağa layiqdir. Burada qənaətbəxş saydığım iki şahmatçımızın adını çəkə bilərəm. Qədir Hüseynov 7 oyundan 4 xal toplayıb. Onun mükafatçılar sırasına düşmək şansı çoxdur. Hətta qalib də gələ bilər.  Turnirin ən gənc iştirakçısı Nicat Abbasov haqda da xoş sözlər deməliyəm. Əmsalına görə sonuncu olan Nicatın 3 xalı var. Liderlərə qarşı inamlı təsir bağışlayan Nicatın üstünlüyü, onun gələcəkdə Azərbaycanın güclü şahmatçılarından birinə çevriləcəyinə inam yaradır".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.