25 aprel 2014 00:11

Şəhriyar qələbəsindən danışdı

“Shamkir Chess 2014” turnirinin 5-ci turunda Fabiano Karuana üzərində qələbə qazmış Şəhriyar Məmmədyarov mətbuat konfransında jurnalistlərin suallarına cavab verib. Azerisport.az xəbər verir ki, Məmmədyarov bunları söyləyib:
"Çətin partiya oldu. Vəziyyəti düzgün qiymətləndirdim. Artıq piyadam olanda, rahat oynamağa başladım. Rəqib seytnotda problemləri tez həll etmək istəyirdi. Qara fiqurlarda problem görünmürdü. Heç-heçə olacağını düşünürdüm. Yeni ideya gəldi. Vəzirlə həlledici gedişdən sonra qələbəyə oynamağa başladım. Çətin partiya olsa da, qələbə qazandım. İlk turda Maqnus Karlsenə məğlub olmuşdum. İndi Karlseni məğlub etmiş Karuanaya qalib gəldim. Onları müqayisə etmək düzgün deyil. Karlsen dünya çempionudur. Karuana isə dünya çempionluğuna ən real namizədlərdən biridir. Risk edən şahmatçı məğlubiyyəti göz önünə almalıdır. Risk edirəmsə, bilirəm ki, uduza bilərəm. Blits üzrə dünya çempionatında 8 görüşdə qələbədən sonra arxayınlaşdım, nəticədə 16 görüşdə uduzdum. Biz öyrəşmişik. Şəmkirdə turnirdə iştirak edən hər bir şahmatçı güclüdür. Atamın Şəmkirə gəlməsinə  gəlincə, o, hər zaman mənə dəstəkdir. Onun burda olmasına sevindim. Təki qələbələrimin ardı olsun".

İtaliya təmsilçisi Fabiano Karuana isə məğlubiyyəti səhv buraxması ilə izah edib: "Karlsenə qalib gələndən sonra heç bir arxayınçılıq ola bilməz. Sadəcə, səhv buraxdım. Seytnotda artıq vəziyyəti düzəltmək mümkün deyildi. Hər şey çox pis olmuşdu. Ona görə partiyanı xilas etmək mümkün deyildi. Məğlubiyyət pisdir. Amma qarşıdakı turlarda hər şey dəyişəcək. İstirahətdən istifadə edəcəyəm".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.