25 aprel 2014 00:55

Vüqarın arzusu...

“Shamkir Chess 2014” turnirinin açılış mərasiminin keçirildiyi aprelin 19-u adi gün deyildi. Bəlkə də, çoxları üçün adi görünən 19 aprel həm də Vüqar Həşimovun ölümündən ötən 100-cü gün idi. Bu günləri necə keçirdiyimizi Vüqarsevərlər yaxşı başa düşür. İşlədiyim televiziyada şahmatla bağlı arxivə dəfələrlə baxmışam. Azərbaycan millisi Serbiyadakı tarixi zəfərdən qayıdandan sonra Vüqarın hava limanında müsahibəsi, sonra bir sıra verilişlərdə qonaq olmasını yada salmışam. Vüqarı yaxından tanıyan insan kimi deyə bilərəm ki, onun ürəyi çox böyük idi. Heç vaxt özünü deyil, hamını düşünürdü.
“Shamkir Chess 2014” turnirinin açılış mərasimində bir anlıq gözlər doldu. “Synergy Group”un sifarişi ilə rejissor Ülviyyə Könülün hazırladığı “Vüqar Həşimovun təbəssümü” qısametrajlı film zamanı göz yaşlarımı gizlətməyə çalışdım və buna nail oldum. Düşündüm ki, yəqin, həddən artıq kövrək insanam. Amma sonradan yanımda əyləşən həmkarımın göz yaşını görəndə, yanıldığımı düşündüm. Ülviyyə Könül Vüqara olan sevgini peşəkarlıqla göstərməyi bacarmışdı. Bu günlər Şəmkir turnirində iştirak edənləri, turnirin keçirilməsində çalışanları məhz Vüqar Həşimova olan dərin hörmət birləşdirir.
İndiyə qədər bir neçə şahmat olimpiadası, Qran-Pri, dünya və Avropa çempionatlarında olduğumdan, yazdıqlarımı səmimi qəbul etməyinizi istəyirəm. “Synergy Group” tərəfindən keçirilən yarışın yüksək səviyyədə olduğunu söyləmək, heç nə deməmək kimidir. İlk olaraq, başlayaq turnirin keçirildiyi Heydər Əliyev Mərkəzinin interyerindən. Zalın interyeri yüksək tərtibatı ilə seçilir. Tamaşaçılar dərin perspektivdə bütün oyunları izləmək imkanına malikdir. Zaldan tamaşa etdikdə, bütün şahmat masalarının eyni məsafədə olması təəssüratı yaranır. Üstəlik, böyük və nəfis ekranda bütün oyunların gedişinə baxmaq mümkündür. Şəmkirdən uzaqda yaşayanlar rəsmi sayt vasitəsi ilə üç dildə təqdim olunan şərhləri dinləyə bilər. Şəmkirdə yerləşən böyük monitorlarda da şahmat oyunları göstərilir.
Sözsüz ki, dünya çempionu Maqnus Karlsen haqda yazmasam, məni bağışlamazlar. 24 yaşı tamam olmayan norveçli ulduz səmimi olması ilə yanaşı, həm də bir qədər qapalıdır. Əslində, onu başa düşmək olar. Çünki, hər kəs dünya çempionu ilə şəkil çəkdirmək və ya tanış olmaq istəyir. Karlseni yalnız partiyalar zamanı görmək mümkündür. Digər hallarda, dünya çempionu onun üçün ayrılan otaqda dincəlir.
“Shamkir Chess 2014” turnirində iştirak edənlər mərhum Vüqar Həşimovu şəxsən tanıyan, ona qarşı vaxtı ilə mübarizə aparan şahmatçılardır. Turnirin özəlliyi odur ki, yüksək təşkilatçılıqla yanaşı, böyük rəqabət də görünür. Həm “A”, həm “B” turnirində ən güclü şahmatçılar toplaşıb. “A” turniri 22, “B” yarışı isə 17-ci kateqoriya aiddir.
Vüqar Həşimovun xatirə turniri Şəmkiri dünya şahmat şəhərləri sırasına daxil etdi. Artıq şahmat xəritəsində, Linares, Veyk-An-Zee ilə yanaşı “Shamkir Chess 2014” turniri də olacaq. Yarışın ənənəvi olub-olmayacağını deyə bilmərəm. Amma bizlərə şahmat bayramını yaşatdıqları üçün təşkilatçılara təşəkkür düşür.
Sonda bir məqamı qeyd etmək istərdim: Vüqar Həşimov hər zaman Azərbaycanda belə mötəbər şahmat turnirinin keçirilməsini arzulayırdı. “Shamkir Chess 2014” həm də Azərbaycanın fəxri olan Vüqarın arzusunu həyata keçirdi. İndi qalır həyata keçirilən arzunu yaşatmaq....
Sənan Şəfizadə, Şəmkir

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.