24 aprel 2014 00:28

Maqnus Karlsen Şəmkirdəki məğlubiyyətdən danışdı

"Shamkir Chess 2014" turnirində 4-cü turda Fabiano Karuanaya uduzmuş Maqnus Karlsen mətbuat konfransında suallara cavab verib. Azerisport.az xəbər verir ki, dünya çempionu məğlubiyyəti səhvlərlə izah edib:
"Debütdə səhvlərim oldu. Ötən gün uğursuz partiyadan sonra normal hazırlaşa bilmədim. Məğlubiyyət üzücüdür. Əlbəttə, qələbədən sonra daha yaxşı əhval olur. Uduzmaq istəməzdim. Lakin səhvlərim rəqibə kömək oldu. Növbəti turlarda bunu unutdurmağa çalışacam".

Karlsenə qalib gəlmiş İtaliya şahmatçısı Fabiano Karuana isə qələbəni düzgün hazırlıqla əlaqələndirib: "Yaxşı oynayaraq, qələbə qazandım. Rəqib səhvlər etdi. Vəziyyəti düzgün qiymətləndirdim və sonda qalib gəldim. Qələbə xoşdur. Özü də dünya çempionu üzərində qələbə daha böyük sevinc gətirir. Karlsenlə çox oynamışıq. Etiraf edim ki, ona məğlub olduqlarım partiyalar da olub".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.