24 aprel 2014 00:01

Aleksandr Motılyov: Karyakinə qalib gəlsəydi, artıq Karlseni saxlamaq mümkün olmazdı

“Shamkir Chess 2014” turnirində çıxış edən Avropa çempionu Aleksandr Motılyov azerisport.az saytına müsahibəsində startdakı çıxışı barədə danışıb, Vüqar Həşimov haqda xatirələrini bölüşüb, eləcə də, Maqnus Karlsenin lider olduğunu etiraf edib:

- 3 turdan sonra aktivinizdə 1,5 xal var. Startdakı çıxışınıcı necə qiymətləndirirsiniz?
- İlk turda Nicat Abbasovla heç-heçə oynadım. Kompüterdə baxanda da fərqli çıxış yolu göstərmədi. Azərbaycanlı şahmatçı səliqəli oynadı, səhvə yol vermədi. Əlbəttə, belə rəqibə qarşı oynamaq müəyyən mənada, çətinlik yaradır. "Berlin müdafiə"sini tətbiq edirdi. Hücum etməyə imkan olmadığı üçün heç-heçəyə razılaşdıq. Nicatın oyunu xoşuma gəldi. İkinci tur Rauf Məmmədova qalib gəldim. Sonra isə polşalı Voydaşekə uduzdum. Hələlik çıxışımı normal hesab edirəm.

- "B" turnirində Etyen Bakro liderlik edir. Bu turnirdə sənin üçün ən arzuolunmaz rəqib kimdir?
- “Shamkir Chess 2014”-də hər bir şahmatçı yaxşı oynamaq istəyir. Statistikaya o qədər fikir vermirəm. Amma hər bir şahmatçı qələbə qazanmağa çalışır. İlk turlar bir qədər kəşfiyyat xarakterli idi. Turnirin son partiyaları daha maraqlı olacaq. Həm “A”, həm “B” qrupunda əsl mübarizə irəlidədir. İstərdim ki, Şəmkiri mükafatçı kimi tərk edim.

- “A” turnirində hamı Maqnus Karlsendən danışır. Yəni, doğurdan onu dayandırmaq çətindir?
- Maqnus dünya çempionudur. FIDE reytinqində liderdir. Etiraf etmək lazımdır ki, hazırda dünyanın ən güclü şahmatçılarından biridir. Ona qarşı oynamaq çətindir. Özü də rəqibləri də başa düşür ki, Karlsenə qarşı çətin vəziyyətə düşəndə, məğlubiyyət qaçılmaz olur. Bununla belə, Karlsen 3-cü turda Karyakinlə heç-heçə oynadı. Ona görə proqnozları saxlamaq lazımdır. Əgər ardıcıl 3-cü qələbə olsaydı, norveçlini saxlamaq mümkün olmayacaqdı.

- “Shamkir Chess” 2014 turniri mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunub. Onun haqda xatirəni bizimlə bölüşməni istərdik...
- Vüqar Həşimov işıqlı insan idi. Bilirsiniz, insan var ki, onunla ünsiyyətdən zövq alırsan. Həşimov hər zaman yaxşı əhvalda olub. Məğlub olanda belə, gülümsəyərdi. Rəqibə kədərli olduğunu göstərməzdi. Əsl centlmen idi. Onunla bir neçə turnirdə iştirak etmişəm. Hər zaman oyunundan zövq almışam. Liderlik keyfiyyətləri var idi. Bir dəfə turnirin istirahət günündə Vüqarla yeniyetmələrdən ibarət peşəkar komandaya qarşı futbol oynadıq. Çox gözəl oynayırdı. Biz Vüqarla həmin oyunda qələbə qazandıq. Onun olmamasını dərk etmək, mənim üçün çox çətindir.

- Yeri gəlmişkən, Şəmkir turnirində istirahət günü şahmatçılar arasında futbol matçı olacaq. Hansı həmkarını komandada görmək istərdin?
- Əgər dünya yığmasa olsa böyük məmnuniyyətlə Maqnusu öz komandamda görmək istərdim. Bakro yaxşı oynayır. Fikrimcə futbol matçı hər bir turnir iştirakçısının yaddaşında iz buraxacaq. Ümumiyyətlə, “Shamkir Chess 2014” turniri yüksək səviyyədə təşkil olunub. Bütün iştirakçılar turnirin ənənəvi olmasını arzulayır.

- Şəmkirə Avropa çempionu kimi gəlmisiniz. Təəssüratlarınızı bilmək istərdik...
- Avropa çempionatında qələbə qazanmağım məni çox sevindirdi. İstənilən adam əziyyətinin bəhrəsinin görmək istəyir. Düzünü deyim ki, çempion olacağımı gözləmirdim. Ona görə bir qədər təəccübləndim. Avropa çempionu olmaq, hər bir şahmatçının arzusudur. İndi üzərimdə daha çox işləməliyəm. Fikrimcə, ən böyük qələbələrim irəlidədir.

- Avropa çempionluğu həyatınızda nəyi dəyişdi?
- İndi oğlumun gözünə düz baxa bilirəm (gülür). Hər dəfə şahmatla saatlarla məşğul olmağımı görəndə deyirdi ki, ata, bəsdir. Soruşurdu ki, nə etmisən, sən, bu şahmatda? Deyirdi, heç nə qazanmamısan. İndi deyirəm ki, oğlum, atan Avropa çempionudur.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.