24 aprel 2014 21:11

Teymur Rəcəbov: Karlsenə qarşı aqressiv oynamaq istəyirdim

“Shamkir Chess 2014” turnirinin 5-ci turunda dünya çempionu Maqnus Karlsenə qalib gəlmiş Teymur Rəcəbov azerisport.az saytına müsahibə verib.
Azərbaycanlı şahmatçı partiya haqda belə danışıb: "Debütdən mənə tanış olan taktikanı seçmişdim. Uzun illərdir, məhz bu taktika ilə oynayıram. Əlbəttə, elit şahmatçıya qarşı oynamaq, hər zaman çətindir. Gedişləri əvvəlcədən tapmaq çətindir. Səhvdən istifadə edib oyunu qələbəyə daşıdım. Maraqlı oyun oldu. Ötən gün Karuananın uğuruna əsasən, hazırlaşmamışam. Mənim üçün əsas, öz oyunumdur".

- 27-ci dəfə Maqnus Karlsenə qarşı oynadınız. Hansı partiya yaddaqalan olub?
- Maqnusa qarşı çox oynamışam. Son dəfə 6 il əvvəl Linares superturnirində Karlsenə qalib gəlmişəm. Ondan sonra çox oynamışıq. Bəzi hallarda nəticə onun xeyrinə olub. Çox güclü şahmatçıdır. Bu gün oynadığımız partiya da asan başa gəlmədi. Karlsen FIDE reytinqində 1-cidir. Bunu unutmaq olmaz.

- Ötən gün mətbuat konfransında sizdən son dəfə nə vaxt qələbə qazandığınız soruşuldu. Demək olar ki, bu qələbə ilə hamıya cavab verildi...
- Mən belə suallara adətən, cavab vermirəm. 14 ildir şahmat oynayıram. Hər zaman şahmatı daha çox sevirəm. Sevdiyim oyunla məşğul oluram. Mən belə suallara fikir vermirəm. Məqsədim, öz oyunumu oynamaqdır.

- 4-cü turda Karuana Karlsenə qalib gəldi. Bəlkə, dünya çempionu özünə gəlməyi bacarmadı?
- Karuana yaxşı oynadı. Lakin Karlsen elə şahmatçı deyil ki, məğlubiyyətdən sonra özünə gəlməsin. Karlsen dünya səviyyəli şahmatçıdır. Gizlətmirəm ki, ona qarşı aqressiv oynamaq istəyirdim. Lazım gələndə, risk etməyə də hazır idim. Fikrimcə, Karlsenlə oyunum yaxşı alındı.

- Nə vaxt qələbə qazanacağınızı hiss etdiniz?
- с6 gedişindən qələbənin yaxınlaşdığını anladım. Bir qədər rahat oynamağa başladım. Getdikcə, Maqnusun başqa çıxış yolu olmadığını görürdüm.

- Xallar demək olar ki, bərabərdir. Fərq çox az olacaq. İstirahət günündən sonra mübarizənin yenidən başladığını demək olar...
- Turnir cədvəlinə o qədər diqqət yetirmirəm. Hər bir rəqiblə oyunda yaxşı oynamağa çalışıram. Sonda turnir cədvəlinə baxmaq imkanı olacaq. Şəmkir turnirində yaxşı oyun sərgiləmək istəyirəm. Bir daha təşəkkür edirəm. Belə gözəl turnirdə oynamaq, hər bir şahmatçıya xoşdur.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.