24 aprel 2014 18:44
Atası Şəhriyara kömək üçün Şəmkirə gəldi
Azərbaycan yığmasının lideri Şəhriyar Məmmədyarovun atası Həmid Məmmədyarov Şəmkirə gəlib. Azerisport.az saytına açıqlamasında ata Məmmədyarov oğlunun məğlubiyyətlərindən əsəbiləşdiyini və ona kömək üçün səfərə çıxdığını bildirib:
"Evdə bütün partiyaları izləyirdim. İkinci məğlubiyyətdən sonra dözmədim və dedim ki, Şəmkirə gedirəm. Şəhriyar güclü şahmatçıdır. Doğma Azərbaycanda mübarizə aparmaq əlavə məsuliyyətdir. Bu təzyiq, ona problem yaradır. Məncə, son turlarda öz oyununu göstərə biləcək".
