24 aprel 2014 16:40

Qədir Hüseynov: Hamı Bakıda keçiriləcək şahmat olimpiadasına indidən hazırlaşmalıdır

Azərbaycan yığmasının şahmatçısı Qədir Hüseynov azerisport.az saytına müsahibəsində “Shamkir Chess 2014” turnirindəki çıxışı barədə danışıb, Vüqar Həşimovla bağlı xatirələrini yada salıb və indidən 2016-cı ildə keçiriləcək şahmat olimpiadasına hazırlaşmağın vacibliyini qeyd edib:

- İlk olaraq, “Shamkir Chess 2014” turniri ilə bağlı fikirlərini bilmək istərdik...
- Çox güclü turnirdə iştirak edirik. Hətta “B” qrupu belə, 17-ci kateqoriyadır. Əgər ancaq əcnəbi şahmatçıları nəzərə alsaq, onda, "B" qrupunun 20-ci kateqoriya olduğunu nəzərə almalıyıq. Bizim yarışda Çin, Polşa, Fransa yığmasının liderləri iştirak edir. Ona görə çətin mübarizə ilə rastlaşırıq. Əsas məqsəd, dostum Vüqar Həşimovu xatırlamaqdır. Onu itirmək çox çətin idi. Nəticə üçün mübarizə aparmırıq. “Synergy Group”a təşəkkür edirəm. Amma çox istərdim ki, bu yarış ənənəvi olsun.

- 4-cü turda Vasif Durarbəyli üzərində qələbə qazandın. Bu barədə nə deyə bilərsən?
- Partiyanın gedişində üstünlük qazandım və sona qədər düzgün gedişlər etdim. Nəticədə, Vasif üzərində qələbə qazandım. Azərbaycan şahmatçıları ilə mübarizə aparmaq, bir qədər çətin olur. Biz bir-birimizi gözəl tanıyırıq. Eyni zamanda, yığmada bir çıxış edirik. Ona görə Şəmkirdə risk etmirik. 

- Yəqin, Rauf Məmmədova qarşı oynamaq daha çətin olar...
- Şəmkirdə o qədər risk etmirik. Biz xatirə turnirində iştirak edirik. Əgər konkret hədəf olsaydı əlbəttə, həmyerlilərimizə qarşı daha ciddi köklənmiş olardıq. Raufla mənim əsas məqsədim, Azərbaycan yığmasının uğurlarıdır.

- Yəqin ki, Şəmkirdəki şəraitə görə deyirsən...
- Turnir Vüqar Həşimovun xatirəsinə layiq keçirilir. İstərdim, hər il Vüqarı yada salaq. Əgər imkan olmasa, "A" turniri ənənəvi olsun. "B" turniri keçirilməsə də, olar. Amma ulduz şahmatçıların Şəmkirə toplaşması vacibdir. Mənim üçün bu, ikiqat əhəmiyyətlidir. Çünki özüm də Şəmkirdənəm. Yurdumun gözəlləşməsi, məni daha da sevindirdi.

- Əsas hədəf, yəqin ki, Norveçdə keçiriləcək şahmat olimpiadasıdır...
- Azərbaycan yığması Norveçdəki olimpiadaya ciddi hazırlaşmalıdır. Bizim üçün çətin olacaq. Avropa çempionatında qələbə bizi arxayınlaşdırmamalıdır. Çünki olimpiadada 180 ölkə iştirak edir. Avropa çempionatında rəqabət tam fərqlidir. Olimpiadada mükafatçılar sırasına düşmək, əsas məqsədimiz olacaq. Avropa çempionatından sonra olimpiadada da medal qazanmalıyıq. Vüqar da bunu istəyirdi. 

- Olimpiadada medal qazanmaq real görünür?
- Əlbəttə. Ermənistan millisi 1999-cu ildən indiyə qədər Avropa çempionu olmayıb. Rusiya 2007-ci ildən qitə birinciliyində qızıl medal qazanmır. Azərbaycan yığması son 4 qitə birinciliyində 2 dəfə qızıl medala layiq görülüb. Gümüş medalçı olmuşuq. Ona görə potensialımız böyükdür. Sadəcə, düzgün hazırlaşmaq lazımdır. Hazırlıq olmadan şahmatçı inkişaf edə bilməz. 

- Aleksandr Xalifmanın rəhbərliyi altında olimpiadada uğurlu çıxış etmək şanslarımız necədir?
- Xalifman bizə çox kömək edir. Onun rəhbərliyi altında Avropa çempionu olduq. Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov ilk lövhələrdə oynayırlar. Onlar xüsusi proqramla hazırlaşır. Fikrimcə mən, Rauf, Eltac və digərlərinə xüsusi təlim-məşqdə iştirak etmək vacibdir. İl ərzində bir-iki hazırlıq olur. Orada hamımız iştirak edirik. Bizə fərdi hazırlıq lazımdır. 2016-cı ildə şahmat olimpiadası Bakıda olacaq. Ona görə də indidən hazırlaşmaq vacibdir. Şahmatçılarımız Bakıdakı olimpiadada uğurlu çıxış etmək üçün fərdi hazırlığa cəlb olunmalıdır.

- Vüqarla bağlı hansı xatirəni bizimlə bölüşə bilərsən?
- 10 yaşından onunla bir yerdə idik. Yarışlarda, Bakıda həmişə bir olmuşuq. 2006-2007-ci illərdə mənə dedi ki, Qədir üzərimizdə işləməliyik. Əks halda, irəli getməyəcəyik. İran Liqasında çıxış edirdik. Təsəvvür edin, çətin İran səfərlərindən sonra bütün qazancını məşqlərə verirdi. Mənim ürəyim gəlmirdi. Axı, biz o pulu əziyyətlə qazanmışdıq. Vüqar iki-üç turnirdən qazandığı pulu iki həftəlik hazırlığa ödəyirdi. Zaman keçdi, gördüm ki, o düz eləyib. İl yarımdan sonra Bakıdakı Qran-Pridə qələbə qazandı. Ardınca FIDE reytinqində 6-cı pilləyə yüksəldi. Mən isə onun məsləhətlərinə əməl etmədim.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.