23 aprel 2014 20:05

Nicat Abbasov: Maqnus Karlsenin gözəl oyununu diqqətdə saxlayıram

“Shamkir Chess 2014” turnirinin “B” qrupunda 4-cü turun görüşləri davam edir. Azerisport.az xəbər verir ki, hesabat turunda “B” qrupunun lideri Etyen Bakro turnirin ən gənc şahmatçısı Nicat Abbasovla heç-heçə oynayıb.
Hər iki şahmatçı partiyadan sonra mətbuat konfransında iştirak edib. Etyen Bakro rəqibi haqda belə deyib: "Çətin vəziyyətə düşmüşdüm. Turnirdə ilk dəfə belə vəziyyətlə rastlaşdım. Heç-heçə o qədər pis nəticə deyil. Şəmkirə qələbə üçün gəlmişəm. Məqsədim “B” qrupunun qalibi olmaqdır".

Azərbaycanlı şahmatçlı Nicat Abbasov isə karyerasının ən böyük yarışında hədəflərdən danışıb: "Karyeramın ən böyük yarışında iştirak edirəm. Güclü şahmatçılara qarşı oynamaq məsuliyyətdir. Eyni zamanda təcrübə toplamaq mümkündür. Bakroyla heç-heçə oynamaq yaxşı nəticədir. Sabit oyunum məni sevindirir. Məqsədim mümkün qədər yüksək yerlər tutmaqdır. Uşaq yaşlarında Alyoxinin oyunlarını çox izləmişəm. Sonradan Fişer, Kasparovun partiyalarına maraqla baxmışam. Müasir dövrdə isə Maqnus Karlsenin gözəl oyununu diqqətdə saxlayıram".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.