22 aprel 2014 18:18

Hikaru Nakamura: Maqnus dünya çempionudur, amma digər şahmatçıları da unutmaq olmaz

ABŞ təmsilçisi Hİkaru Nakamura Shamkir Chess 2014 turnirində çıxışını azerisport.az üçün dəyərləndirib: "Karyeramda ilk dəfə Azərbaycana gəlmişəm. Özümü həm Bakıda, həm də Şəmkirdə çox yaxşı hiss edirəm. Yaradılmış şərait diqqəti şahmata yönəltməyə imkan verir. Əlbəttə, Şəmkir Chess 2014-də hədəfim uğurlu çıxış etməkdir. İlk tur heç-heçə başa çatmasına baxmayaraq, əsas mübarizənin irəlidə olduğunu düşünürəm. Karlsenin liderliyə yüksəlməsi o qədər önəmli deyil. Hər birimiz Karlsenlə 2 dəfə qarşılaşacağıq".

Nakamura mərhum şahmatçı Vüqar Həşimov haqda bunları qeyd etdi: "Vüqar böyük şəxsiyyət, gözəl insan və güclü şahmatçı idi. Səhhətindəki problemə baxmayaraq, hər turnirdə sona qədər mübarizə aparırdı. Onu itirmək hamı üçün faciə oldu. Vüqarın xatirə turnirində mübarizə aparmaq hamı üçün şərəfdir. Azərbaycan böyük oğlunu unutmayacaq. Hər ölkə öz güclü idmançıları üçün bu səviyyədə turnir keçirə bilmir. Buna görə bütün təşkilatçılara təşəkkür edirəm. Arzumuz turnirin ənənəvi olmasıdır".

Turnirin iştirakçıları barədə danışan Nakamura Karlsenin  favorit olmasıyla razılaşıb: "Maqnus dünya çempionudur. Amma digər şahmatçıları unutmaq olmaz. Karuana yaxşı formadadır. Rəcəbov, Məmmədyarov sona qədər mübarizə aparacaq. Ardıcıl 3-cü turnirdə yarışan Karyakinlə partiyalar çətin olacaq. Şəmkirə 16 güclü şahmatçı gəlib. Mən "B" turnirini də unutmuram. Burada gözəl partiyalar və maraqlı mübarizə var. Fikrimcə şanslar barədə ilk dövrədən sonra danışmaq mümkün olacaq".

Şəmkir şəhəri haqda danışan Nakamura mərkəzi yerlərdə gəzmək arzusunu bildirdi: "Gözəl şəhərdi. Yerləşdiyimiz otelin ətrafı çox gözəldir. Geniş parkları və küçələri var. İlk gün həmkarlarımla ətrafı bir qədər gəzdik. Adamın həm ruhu dincəlir, həm də düşünmək imkanı olur. Sadəcə, Şəmkiri və ətrafı daha geniş görmək istərdim. Fikrimcə, istirahət günü bizə bu şəraiti yaradacaqlar. İnları çox qonaqpərvərdi. Açılış günü hamı bizə çox böyük diqqət göstərirdi".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.