21 aprel 2014 19:11

Şəhriyar Məmmədyarov: Mən şahmata gələndə Teymur artıq ulduz idi

Şəhriyar Məmmədyarov Shamkir Chess turnirinin 2-ci turunda Teymur Rəcəbovla heç-heçədən sonra mətbuat konfransında suallara cavab verib. Azerisport.az xəbər verir ki, Məmmədyarov bunları söyləyib:
"Teymur debütlə məni təəccübləndirdi. 6-7 yaşından biz oynayırıq, amma belə gediş görməmişdim. Fikrimcə bir neçə ay oynamayan Teymur Şəmkir turnirinə yaxşı hazırlaşıb və yeni taktikaları məşq edib. İstəməzdim ev tapşırığına düşüm. Karlsenə uduzandan sonra istəyirdim bir qədər daha yaxşı oynayım. Risk etmədim və heç-heçəylə başa çatdı.

Bir qədər yorğunluq var. İddiaçılar turnirindən sonra dərhal Şəmkirə hazırlaşdım. İddiaçılar da tam fərqli rəqiblər idi. Şahmat elədir ki, hər rəqibə saatlarla hazırlaşırsan. Bu çox vaxt aparır, adam bəzən yorulur. Hərdən fikirləşirdim ki, gərək boksla məşğul olardım. Uzağı rinqə çıxanda gözümün altı qaralacaqdı. Şahmatda başımız işləyir və psixoloji zərbə almaq alırıq."

Teymur Rəcəbovla görüşlərinin statistikasına gəlincə Məmmədyarov hər ikisinin Azərbaycan yığmasından çıxış etdiyini yada saldı: "Biz uzun illərdir Azərbaycan yığmasının şərəfini qoruyuruq. Bizim üçün əsas milli komandadır. İnanın, əgər seçməli olsam Teymur və ya digər rəqib, mütləq digər rəqib üzərində qələbə qazanaram. Sözsüz, şahmatda rəqibik. Amma partiyadan sonra dostuq. Mən şahmata gələndə Teymur artıq ulduz idi. O, beynəlxalq usta olanda mənim heç reytinqim olmayıb".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.