21 aprel 2014 14:33

Sergey Karyakin: Futbolla müqayisə etsək, Spartakla Realın mübarizəsi asan olmayacaq

Rusiya təmsilçisi Sergey Karyakin Shamkir Chess 2014 turniri çərçivəsində azərisport.az saytına müsahibəsində oyunundan, dostu Vüqar Həşimovdan və futbola marağından danışıb^

- Şəmkir Chess 2014 turniri artıq start götürüb. İlk tur haqda nə deyə bilərsən?
- Şəmkir şahmat turniri şahmat aləmi üçün bayramdır. Yüksək təşkilatçılıq və gözəl partiyaları izləyirik. İlk turda Teymur Rəcəbovla heç-heçə oynadıq. Bir qədər üstünlüyüm olsa da sona qədər davam etdirə bilmədim. Teymur məni fransız müdafiəsiylə təəccübləndirdi. Hələ turnir həyəcanını hiss edə bilmirəm. Ola bilər yorulmuşam. Çünki, artıq ardıcıl 3-cü yarışımdır.

- Xatirə turnirində nəticə sənin üçün nə qədər vacibdir?
- İlk olaraq Vüqar Həşimovun xatirəsini yad edirik. İkinci növbədə ilk yarışda qələbə qazanan tarixdə qalacaq. Əlbəttə, hamı Karlseni favorit görür. Bununla belə digər şahmatçıların şanslarını dəyərləndirmək lazımdır. Çünki, Şəmkirə hamı şahmat oynamaq üçün gəlib. 

- Vüqar Həşimovla bağlı hansı xatirəni bizə danışa bilərsən?
- Vüqar mənim yaxın dostum olub. Onu itirmək şəxsən mənim üçün faciə oldu. Astanada keçirilən sürətli şahmat üzrə dünya çempionatında iştirak edəndə onunla tez-tez danışırdıq. Bir dəfə dedim ki, sənin yerin görsənir yarışda. Çünki, hamı bilirdi ki, Vüqar sürətli şahmatın mahir ustası idi. Onu dayandırmaq çətin məsələydi. Vüqar cavab verdi ki, Sergey sən həm öz yerinə, həm də mənim yerimə oyna. Mən onun qayıdacağını gözləyirdim. Yanvar ayında aldığımız xəbər şok oldu. 

- İştirakçılar arasında hansı həmkarınla oynamaq sənin üçün çətin olacaq?
- Bütün partiyalar çətindir. Amma səhv etmirəmsə, Nakamurayla oyunlarımın statistikası xeyrimə deyil. Bu mənada hər partiyada vəziyyəti düzgün qiymətləndirmək lazımdır. 22-ci kateqoriyalı yarışda səhvlər bağışlanmır. Gördüyünüz kimi, ilk turda risklər olmadı. İkinci dövrədə hər bir tur çətin olacaq. Şəmkirdə asan oyun gözlənilmir.

- Əgər futbol komandalarıyla müqayisə etsən, həmkarlarını hansı kluba bənzədərsən?
- Gərək düşünüm. Bilmirəm, futboldakı oyunla şahmatı necə müqayisə etmək olar ya yox. Mən "Spartak"ın azarkeşiyəm. Oyunum oxşayır ya yox deyə bilmərəm. Maqnus "Real" kimidir. Özü həm bu komandaya azarkeşlik edir, elə şahmat aləmində də kral klubuna oxşayır. Belə çıxır "Spartak"la "Real"ın oyunu asan olmayacaq.

- İddiaçılar turnirində Vişvanatan Anandın qələbəsi bəziləri üçün gözlənilməz oldu. Fikrincə Anandın Karlsenlə revanşı baş tutacaq?
- Anand yüksək səviyyədə oyun göstərdi. İddiaçılar turnirində yaxşı oynamaqla qələbə qazandı. Çox şey hər iki şahmatçının hazırlığından asılı olacaq. Amma Karlsen üçün asan mübarizə gözləmirəm. Anand əvvəlki görüşdən daha yaxşı oynayacaq. Qələbə şansları da az deyil. Çünki, Xantı-Mansiyskdə yaxşı keyfiyyətləri nümayiş etdirdi. 

- Turnir çərçivəsində 1 istirahət günü olacaq. Bu günü necə keçirməyə düşünürsən?
- Mən dedilər ki, bizi Şəmkirin müəyyən görməli yerlərinə aparacaqlar. Şəmkiri və ətrafı görmək istərdim. Amma bunun üçün istirahətə yaxşı əhval ruhiyyədə çıxmalısan. Gərək növbəti 4 turda uğurlu çıxış edim ki, rahat dincəlim. 

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.