20 aprel 2014 00:49

Teymur Rəcəbov: Şəmkir Chess bizim üçün Linares turniri olacaq

Azərbaycanlı şahmatçı Teymur Rəcəbov azərisport.az saytına açıqlamasında Şəmkir Chess 2014 turniriylə bağlı fikirlərini söyləyib:

"İlk olaraq təşkilatçılara təşəkkür etmək istərdim. Hər şey yüksək səviyyədədi. Bakıdan Şəmkirə gəlmək, qidalanmaq və eləcə digər amillər hamını razı salır. Bu yarış dünyanın ən mötəbər turnirlərindən biridir. Synergy Group-a çox sağ ol deyirəm. 22-ci kateqoriyalı şahmat aləmi üçün vacibdi. Bütün Avropada böhran olduğu üçün turnirlərin sayı azalıb. Şəmkir Chess bizim Linaresdi. Bu turnirin gələcəyi çox böyükdü.

6 yaşımdan Vüqar Həşimovla birgə yarışlarda iştirak edirik. O, mənə yaxın insan, dost, qardaş olub. Uşaq yaşlarından onunla birgə çıxış edəndə beynəlxalq turnirlərdəki digər iştirakçılar 3-cü yer barədə düşünərdi. Vüqarla birgə Azərbaycan millisi Avropa çempionatında tarixi qələbə qazandı. Bu yığmamızın ilk böyük uğuru oldu. Təəssüf ki, indi Vüqar bizimlə deyil. O, sona qədər mübarizə apardı. Heç vaxt sevimli şahmatından ayrı düşmürdü. İnanıram ki, turnir yüksək səviyyədə keçəcək. Vüqarın xatirəsi hər zaman bizimlə olacaq".

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.