20 aprel 2014 00:24

"Vüqar Həşimov bütün Azərbaycanın övladıdı"

Şəmkirdə mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan Shamkir Chess 2014 beynəlxalq şahmat turnirinə start verilib. Azerisport.az xəbər verir ki, açılış mərasimində ilk olaraq Şəmkir şəhəri İcra Hakimiyyətinin başçısı Nazim Veysov çıxış edib. Şəmkirin inkişaf etdiyini deyən Nazim Veysov mötəbər yarışın tarixi şəhərdə keçirilməsinə şad olduğunu bildirib.

Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov isə Vüqar Həşimovun Azərbaycan idmanında böyük iz qoyduğunu söylədi: "Bu gün Şəmkirdə dünyanın və Azərbaycanın güclü şahmatçısı olan Vüqar Həşimovun xatirə turniri start götürür. Onun qələbələri və millimizin inkişafında xidmətləri heç vaxt unudulmayacaq."

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov yarış iştirakçılarını federasiyanın prezidenti Elman Rüstəmovun adından salamladı: "Vüqar Həşimov qısa amma çox mənalı və şərəfli ömür sürdü. Onun şahmatçı kimi formalaşmasında ailəsiylə yanaşı Ümumilli Lider Heydər Əliyev və dövlət başçısı, Azərbaycan prezidenti İlham ƏIiyevin böyük rolu olub. Bu yarışda onun dostları iştirak edir. Zalda həm də onun komanda yoldaşları var hansılarla birgə Avropa çempionatında qızıl medal qazanıblar. Synergy Group-un peşəkar işi barədə danışmaq istərdim. İndi əksər şirkətlər şahmata böyük diqqət ayırmasa da, Synergy Group belə təşəbbüslə çıxış edib. Onlar dərin təşəkkürümüzü bildirirəm."

Sonra rejissor Ülviyyə Könülün hazırladığı "Vüqar Həşimovun təbəssümü" adlı qısametrajlı sənədli film göstərildi. Ardınca Vüqar Həşimovun dostu və məşqçisi Viorel İordaçesku Vüqar Həşimova həsr olunan markanı nümayiş etdirdii.

Çıxış edən Vüqar Həşimovun atası Qasım Həşimov keçirilən mötəbər yarışa görə Synergy Group rəhbərliyinə təşəkkür etdi: "Bu gün turnirin açılış mərasiminə Vüqarın dostları, onu sevənlər və yaxınları toplaşıb. Mən sizə Vüqarsevərlər deyərək müraciət edirəm. Bu gün Vüqarın bizi tərk etməsinin düz 100 günü tamam olur. Allah heç kimə göstərməsin. Ağır dərddir. Karyerası ərzində 80-dən çox medal qazanıb. Avropa çempionatında tarixi qələbədən qayıdanda anladım ki, Vüqar təkcə mənim yox, həm də bütün Azərbaycanın oğludur. Synergy Group rəhbərliyinə bu turniri keçirdiklərinə görə çox sağ ol deyirəm. 22-ci kateqoriyalı yarış turnirin necə mötəbər olduğunu göstərir. Arzu edirəm ki, yarış ənənəvi olsun və hər il Vüqar Həşimovun xatirə turnirinə toplaşaq."

Yarış iştirakçılarını salamlayan Synergy Group Müşahidə Şurasının sədri Riyad Hüseynov belə mötəbər turnirin keçirdiklərini şirkət üçün şərəf olduğunu vurğuladı: "Vüqar Həşimovun xatirə turnirinin yüksək səviyyədə keçirilməsi üçün Təşkilat Komitəsi bütün işləri həll edəcək. Yarışı açıq elan edirəm. Qoy ən güclü qalib gəlsin."

Sonda yarışın baş hakimi Faiq Həsənov tərəfindən püşkatma mərasimi keçirildi və şahmatçıların ilk turdakı rəqibləri müəyyənləşdi.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.