4 aprel 2014 13:00

Shamkir Chess 2014-ün rəsmi saytı təqdim ediləcək

Məşhur qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr edilən "Shamkir Chess 2014" beynəlxalq turnirin rəsmi saytı yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq. Azerisport.az xəbər verir ki, Azərbaycanda ilk dəfə olaraq mötəbər yarışın “A” turnirində keçiriləcək bütün partiyalar rəsmi sayt vasitəsilə canlı yayımlanacaq. Şahmat partiyaları Azərbaycan, rus və ingilis dilində tanınmış qrossmeysterlər və məşqçilər tərəfindən şərh olunacaq.
Azərbaycan dilində partiyaları, vaxtı ilə Vüqar Həşimovun məşqçisi olan, FIDE məşqçisi, Azərbaycanın əməkdar məşqçisi Anar Allahverdiyev və yeniyetmələr üzrə millinin çalışdırıcısı, qrossmeyster Fərid Abbasov təqdim edəcək.
Vüqar Həşimovun xatirəsinə həsr edilən "Shamkir Chess 2014" beynəlxalq turnirində partiyaları şərh etmək üçün məşhur şahmatçı, Veyk-An-Zee turnirinin ikiqat qalibi, olimpiada və Avropa çempionatının iştirakçısı, FİDE-nin əməkdar məşqçisi Gennadi Sosonkoyla da razılıq əldə olunub. Sosonkoyla yanaşı partiyaların şərhində Vüqar Həşimovun sekundantı və məşqçisi Viorel İordakesku (hər ikisi ingilis dilində), eləcə dünyanın məşhur şərhçilərindən olan, beynəlxalq qrossmeyster rusiyalı Sergey Şipov (rus dilində) iştirak edəcək.
Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan “Synergy Group”un təşkil etdiyi mötəbər yarışın açılış mərasimi aprelin 19-da Şəmkirdə yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcəkdir.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.