11 yanvar 2014 15:25

Vüqar bizimlə birdəfəlik vidalaşdı!

Azərbaycan idman ictimaiyyətinə böyük itki üz verib. Azərbaycan şahmatının ən parlaq nümayəndələrindən biri, Vüqar Həşimov uzun sürən xəstəlikdən sonra vəfat edib. 27 yaşında aramızdan ayrılan Vüqar dəfələrlə müxtəlif turnirlərin qalibi olub. 2009-cu ildə Azərbaycan yığmasının Avropa çempionu adını qazanmasında böyük rol oynayıb. Məhz onun son turda qazandığı həlledici xal Azərbaycan yığmasını qitənin ən güclüsü edib. Uğurlu nəticələri Vüqarı FİDE reytinqində 11-ci pilləyə qədər qaldırıb.  Lakin son illirdə xətəliyi səbəbindən onun yarışlardan kənarda qalması reytinqinə də təsir etmişdi. Bununla belə, Vüqar Beynəlxalq Şahmat Federasiyası FİDE-nin bayrağı altında keçirilmiş yarışlarda ən çox qələbə əldə etmiş 2 şahmatçımızdan biri idi. Gənc yaşlarında azərbaycanlı şahmatçılar arasında məhz Vüqar dünya şahmat tacına iddialılardan sayılırdı. Lakin elə gənc yaşlarında onu tapan xəstəlik Vüqara imkan vermədi. Düzdü, Həşimov ilk mübarizəsində bu xəstəliyə də qalib gəlib yenidən böyük idmana qayıtdı. Amma bu dəfə o da bacarmadı. Vüqar bizimlə birdəfəlik vidalaşdı. Özü də şah kimi...
 
“Neftçi” PFK-nın prezidenti Sadıq Sadıqov, “Neftçi PFK və “Neftçi” İSM kollektivi Azərbaycan şahmatının layiqli təmsilçisi Vüqar Həşimovun vaxtsız vəfatı ilə bağlı xalqımıza dərin hüznlə başsağlığı verir və mərhumun ailəsinə Allahdan səbr diləyir. Allah rəhmət eləsin!

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.