11 yanvar 2014 14:33

Vüqar Həşimovun xatirəsinə

Bu gün Almaniyanın Heldelberq klinikasında istedadlı qrossmeysterimiz Vüqar Həşimov uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib. Azerisport.az şahmatçımızın idman yolununa qısa nəzər salır.
Vüqar Həşimov 24 iyul 1986-cı ildə doğulub. Artıq 9 yaşında Azərbaycan çempionu olub. Qatıldığı beynəlxalq yarışların əksərində ikinci yer tutduğundan “gümüş oğlan” ləqəbi qazanıb.
Vüqar Həşimov 2009-cu ildə Azərbaycan yığmasının heyətində Serbiyada keçirilmiş Avropa çempionatında qalib gəlib. Ancaq Azərbaycan yığmasının kapitanı Zurab Azmayparaşvili ilə münaqişə, Həşimova 2010-cu ilin Şahmat Olimpiadasında iştiraka əngəl yaradıb.
Həmin il Vüqar İtaliyada keçirilmiş mötəbər Recco-Emiliya turnirində qaib olur. Həşimov Azərbaycan yığmasının heyətində dörd dəfə Şahmat Olimpiadasında iştirak edib.
Qrossmeysterimizin FIDE reytinqində ən yüksək göstəricisi 11-ci yer olub.
Şəhriyar Məmmədyarov, Teymur Rəcəbovla birgə, Vüqar Həşimov Azərbaycan şahmatının elitası sayılırdı. Ancaq təəssüf ki, başındakı bədxassəli şişin törətdiyi ağır xəstəlik şahmatçımıza gücünü yarışlarda göstərməyə mane oldu.
Son vaxtlar İsveçrə və Almaniyada müalicə alan 27 yaşlı gənc qrossmeysterimiz xəstəliklə sona qədər mübarizə aparsa da, həyatının ən vacib görüşündə - ölümlə partiyada mat oldu.
Allah rəhmət eləsin!

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.