27 dekabr 2013 21:33
Durarbəyli Əl-Əyn turnirinin lideri oldu
Azərbaycanlı şahmatçı Vasif Durarbəyli beynəlxalq Əl-Əyn turnirində liderliyə yüksəlib. Azerisport.az xəbər verir ki, Durarbəyli səkkizinci turda ağ fiqurlarla erməni Levon Babucanı məğlub edib.
6,5 xal topalmış şahmatçımız ukraynalı Martın Kravtsovla eyni miqdarda xal toplasa da, əlavə göstəricilərə görə birinci pilləni saxlayıb. Vüqar Rəsulov və Azər Mirzəyev komanda yoldaşından 1,5 xal geri qalır.
