24 dekabr 2013 13:22
Aleksandr Xalifman: İlin komandası seçilməyimiz sevindiricidir
Kişi şahmatçılardan ibarət Azərbaycan yığmasının kapitanı Aleksandr Xalifman azerisport.az saytına açıqlamasında ilin yekunlarından danışıb: "Kişi şahmatçılardan ibarət Azərbaycan millisi cari ildə Avropa çempionu oldu. Buna görə ölkədə ilin komandası seçilməyimiz yaxşı haldır. Əlbəttə, bu uğur bizi sevindirir. Amma üzərimizdə daha çox işləməliyik. Ümumilikdə qitə birinciliyində qızıl medal qazanmaq Azərbaycan şahmatı adına böyük qələbədir".
