20 noyabr 2013 16:55

İlham Əliyev AÇ-nin qalibi olmuş şahmatçılarımızı qəbul etdi

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Varşavada keçirilən kişi şahmatçılar arasında Avropa komanda çempionatında birinci yeri qazanmış seçmə komandamızın üzvlərini və mütəxəssisləri qəbul edib. Azerisport.az xəbər verir ki, inamlı qələbə münasibətilə şahmatçıları və mütəxəssisləri təbrik edən Prezident İlham Əliyev bu uğurun Avropa şahmat tarixində öz yerini tutacağını vurğulayıb.
 
Dövlətimizin başçısı həmin qələbənin Azərbaycan xalqının istedadı və dərin intellektual potensialına dəlalət etdiyini bildirib.
 
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərində Azərbaycanda güclü şahmat ənənələrinin bünövrəsini qoyduğunu və Ümummilli Liderin ölkəmizin bütün bölgələrində şahmatın inkişafına təkan verdiyini deyib. Dövlətimizin başçısı müstəqillik illərində bu ənənənin bərpa olunaraq daha da inkişaf etdirildiyini, regionlarda ən müasir tələblərə cavab verən şahmat məktəblərinin tikilib istifadəyə verildiyini və bu intellektual oyunun kütləviliyinə nail olmaq üçün dövlətin məqsədyönlü və ardıcıl iş apardığını bildirib.
 
Azərbaycanın ən mötəbər beynəlxalq yarışlarda böyük uğurlar qazandığını vurğulayan Prezident İlham Əliyev kişilərdən ibarət seçmə komandamızın ikinci dəfə şahmat üzrə Avropa çempionu adını qazanmasının mühüm əhəmiyyət kəsb etdiyini və bunun respublikamızın beynəlxalq imicinin daha da  möhkəmlənməsinə əsaslı töhfə olduğunu deyib. Dövlətimizin başçısı növbəti şahmat olimpiadası kimi mötəbər yarışın Azərbaycanda keçirilməsi barədə qərarın da ölkəmizin bu sahədə qazandığı ardıcıl uğurların məntiqi nəticəsi olduğunu qeyd edib.
 
Avropa çempionu Şəhriyar Məmmədyarov dövlətimizin başçısı ilə hər bir görüşün onlarda ruh yüksəkliyi yaratdığını, şahmatçılarımızı daha böyük qələbələrə ruhlandırdığını bildirib. O, Azərbaycanın şahmat üzrə seçmə komandasının son dörd Avropa çempionatında iki qızıl, bir gümüş və bir bürünc medal qazanmasını bu sahədə aparılan məqsədyönlü dövlət siyasətinin nəticəsi kimi qiymətləndirib. Şəhriyar Məmmədyarov bundan sonra da beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil etmək üçün əllərindən gələni əsirgəməyəcəklərini deyib.
 
Şahmatçıları və mütəxəssisləri böyük qələbə münasibətilə bir daha təbrik edən Prezident İlham Əliyev bu nailiyyətdə payı olan Gənclər və İdman Nazirliyinin, həmçinin Azərbaycan Şahmat Federasiyasının mütəxəssislərinin əməyini də xüsusi vurğulayıb. (AzərTac)

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.