20 noyabr 2013 15:49

Teymur Rəcəbov: İddiaçılar turnirində Şəhriyarın uğur qazanmaq şansları yüksəkdi

Azərbaycan yığmasının üzvü Teymur Rəcəbov azerisport.az saytına müsahibəsində millimizin Varşavadakı qələbəsindən, son turdakı həyacandan və Şəhriyar Məmmədyarovun iddiaçılar turnirinə vəsiqə qazanmasından danışıb.
 
- Avropa çempionatı ərəfəsində Azərbaycan millisi favoritlərdən sayılmırdı?
- Düzünü desəm, heç kim bizi çempionluğa iddialı hesab etmirdi. Deyə bilmərəm ki, bizi favoritlər sırasına aid etmişdilər Komandamız yaxşı şahmatçılardan qurulub. Amma reytinqə görə, bu dəfə yarışın 6-cı komandası idik. Fikirləşirdilər ki, hardasa oyun baxımından problemimiz olacaq. Amma bütün lövhələrdə etibarlı şahmatçılarımız var. Varşavada biz ideal formada komanda oyunu izlədik. Parlaq formada əsl komanda ruhu nümayiş olundu. Hamı hər kəs üçün, hər kəs hamı üçün prinsipi çıxış edirdi. Təsəvvür edin, kimsə görəndə ki, komanda yoldaşının partiyasında çətinlik var, tez rəqibə problem yaratmaqla həmkarını sığortalamağa çalışırdı. Qarşılıqlı dəstək hər zaman hiss olunurdu.
 
- 2009-cu ildə Azərbaycan yığması ilk çempionluğu qazanmışdı. İndi ikinci dəfə Avropa fəth olundu. Bu qələbələr arasında hansı fərqlər var?
- Həmini eyforiya, həmin hisslər var. Xalqımızın sevinci bizim üçün hər zaman bayramdı. Sevinirik ki, Azərbaycan şahmatçıları Vətənə qələbəylə qayıtdı.
 
- Çempionluq son turda həll olundu. Millimiz Ermənistanla heç-heçə oynadı. Paralel keçən görüşdə Rusiya Fransa üzərində qələbə qazandı. Fikirləşirdinizmi, Fransa uduzmasa nə baş verə bilər?
- Son turdə mənim partiyamda komfortlu və yaxşı üstünlüyüm var idi. Hər zaman mən həmin görüşdə qələbəyə oynaya bilərdim. Bir gediş zamanı mən heç-heçəyə oynamağı davam etdirə bilərdim, ya da ki qələbəyə doğru addım atmaq imkanım var idi. Ancaq mən başa düşürdüm ki, qələbəyə oynamaq şansımız hər zaman var. İmkanımız var idi, Ermənistanla matçda qələbəyə oynayaq. Sadəcə olaraq heç-heçə bizi qane edirdi. Bu ümumilikdə turnir cədvəlində 1-ci yeri tutmağa kifayət idi.
 
- Bir həftə sonra yığma Antalyada komandalar arasında dünya çempionatında iştirak edəcək. Mundial barədə düşünməyə vaxtınız olub?
- O barədə yəqin ki, sonra düşünəcəyik. Hazırda Avropa çempionatından təzəcə qayıtmışıq.
 
- Şahmat dünyasının diqqəti Hindistana yönəlib. Karlsen-Anand görüşü haqda nə deyə bilərsiz?
- Şahmat tacı uğrunda görüşdə oyun demək olar ki, tək qapıya gedir. Karlsenin üstünlüyü hiss olunur. Rəqibə çox təzyiq edir. 4-cü partiyadan sonra demişdim ki, Anandın yaxşı şansları var. Amma 5 və 6-cı partiyalarda Karlsenin qələbəsi hər şey dəyişdi. Ümumiyyətlə Karlsen çox nadir hallarda uduzur. Ona görə əlbəttə, rəqib üçün çəindi. İndiki halda Maqnusa risk etməyə ehtiyac yoxdu. Səliqəli oynayacaq, fikirləşmirəm ki, görüşü sona çatdırmaqda ona problem yaransın.
 
- Gələn il martda dünya çempionluğuna iddiaçıların turniri keçiriləcək. Bu yarışda ölkəmizi Şəhriyar Məmmədyarov təmsil edəcək. Bu barədə fikrini bilmək maraqlı olardı...
- Şəhriyarın şansları yaxşıdı. Əgər düzgün hazırlaşsa çox yaxşı şansları var. O, indi yaxşı formadadır. Dünyanın güclü şahmatçılarıyla bərabər səviyyədə mübarizə aparmağa yüksək şansları var. Bu yarışda uğur qazanmaq imkanları yüksək qiymətləndirilir. Təbii ki, iddiaçılar turnirində Şəhriyara azarkeşlıik edəcək.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.