19 noyabr 2013 17:00

Rüstəmov: Azərbaycan şahmatçıları heç kimdən qorxmadığını nümayiş etdirdi

Bu gün kişi şahmatçılardan ibarət Azərbaycan millisi Ümummilli Lider Heydər Əliyevin Mərkəzi Bankın qarşısında yerləşən heykəli qarşısına əklil qoyub, ona öz ehtiramını bildirib. Azerisport.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad etdikdən sonra şahmatçılar Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmovla görüşüb.
 
Yığma üzvlərini qələbə münasibətiylə təbrik edən federasiya rəhbəri, uğuru ölkədə şahmata göstərilən diqqətlə əlaqələndirib: "On gün əvvəl siz yola düşəndə mən sizə demişdim ki, çox böyük potensiala maliksiniz. Sizə inanırdım. Bilirdim ki, gücünüzü göstərə bilərsiniz. Bu gün əminliklə deyə bilərəm ki, Azərbaycan şahmatçıları heç kim qorxmadıqlarını göstərdilər. Siz ikinci dəfə Avropa çempionu olmaqla xalqımıza möhtəşəm qələbə bəxş etdiniz. Ölkədə şahmata böyük diqqət göstərilir. Azərbaycan Prezidenti İlham Əliyev o vaxt yaxşı demişdi ki, bizim üçün hər bir qələbə vacibdir. Amma şahmatçıların qələbəsi ikiqat uğurdu. Çünki, bu, ölkədə intellektin səviyyəsini göstərir. Millimiz gəncdir, bununla belə sözünü deməyi bacarır. Bir neçə il əvvəl Ümummilli Lider Heydər Əliyev indiki yığma üzvlərini qəbul etmişdi. O vaxt siz hələ uşaq idiniz. Onda deyilmişdi ki, bu uşaqlarda böyük potensial var. Siz hər bir yarışa iddialı yollanmalısınız. Cari il şahmatçılarımız üçün uğurlu oldu. Sizin qələbəniz bizi ili uğurlu başa vurmağa kömək edir. Amma qarşıda dünya çempionatı var. Biz sizə orda da inanırıq".

Daha sonra millimizin üzvü Şəhriyar Məmmədyarov danışdı: "Son 6 ildə 4 Avropa çempionatının 4-də medal qazanmışıq. Bu, Avropanın heç bir ölkəsinə nəsib olmayıb. Belə bir turnirdə Avropa çempionu olmağımız bizim yüksək səviyyədə olmağımızı göstərir. Reytinqə görə 6-cı kimi başlasaq da, qələbə qazandıq. Fransa Rusiyaya uduzmasaydı, biz son turda Ermənistanı məğlub etməyə hazır idik. Komandamız bundan sonra də yalnız qələbə haqda düşünəcək. Qarşıda Dünya Kuboku gəlir. 2016-cı ildə Şahmat Olimpiadası Bakı keçiriləcək. Ona qədər, gələn il Norveçdə Olimpiada var. Hər bir yarışda qələbə qazanmağa hazır olmalıyıq”.

Teymur Rəcəbov qısa danışaraq Məmmədyarovun dedikləriylə razı olduğunu söylədi: "Təki bundan sonra qələbələrimiz çox olsun".

Qədir Hüseynov isə Avropa çempionatında heç kimə uduzmadıqlarını yada saldı: "Belə nəticə hər dəfə olmur. 5 görüşdə qələbə qazandıq. 4 tur heç-heçə oynadıq. Son turda bizim Ermənistan üzərində üstünlüyümüz var idi. Rusiyanın Fransa üzərində qələbəsini görürdük. Rusların uğurlu çıxış etdiyin görüb heç-heçəyə oynadıq. Biz son turda yalnız çempionluq barədə düşünürdük".

Şahmatçılar komandaya göstərilən diqqətə görə Azərbaycan Şahmat Federasiyasını təşəkkür etdi. Sonda Elman Rüstəmov gənc nəslin şahmata böyük həvəs göstərdiyini dedi. Qusarda keçirilən çempionatda 530 şahmatçı iştirak edib. Onun sözlərinə görə ehtiyat qüvvə var və gələcəkdə də yığmamız güclü olacaq. Federasiya rəhbəri Avropa çempionatındakı qələbədə hər bir şahmatçının əməyi olduğuny deyib və Antalyada keçiriləcək komandalar arasında dünya çempionatında da idmançılarımıza uğurlar arzulayıb.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.