8 oktyabr 2013 14:31
Şəhriyar üçün vacib matç
İspaniyanın Bilbao şəhərində keçirilən “Böyük dəbilqə” beyqəlxalq şahmat turnirində bu gün II tur oynalınacaq. Azerisport.az saytı xəbər verir ki, həmyerlimiz Şəhriyar Məmmədyarov (2759) hesabat turunda Levon Aronyanla (2795) qarşılaşacaq. «Şah» lövhənin qara fiqurlar tərəfində əyləşəcək.
Digər partiyada ingiltərəli Maykl Adams (2753) fransalı həmkarı Maksim Vaşye-Laqravla (2742) görüşəcək.
İlk turdan sonra bütün qrossmeysterlərin hesabında 0,5 xal var.
