6 oktyabr 2013 12:35

Şəhriyar Məmmədyarov: Bu turnirdə iştirak etməyə layiqəm

Karyerasında ikinci dəfə şahmat üzrə iddiaçılar turnirinə vəsiqə qazanan Şəhriyar Məmmədyarov turnirdə iştirakı təsdiqlənəndən sonra təəssüratlarını, hazırlıq planını və şanslarını azerisport.az saytı üçün dəyərləndirib.
 
- İlk olaraq səni təbrik edirik. İstərdim Qran-Prinin son turu haqda fikirlərini söyləyəsən...
- Karuananın Domingeslə görüşünü əvvəldən axıradək böyük həyəcanla izlədim. Komanda yoldaşlarım Eltac Səfərli, Rauf Məmmədov, Qədir Hüseynov və digər həmkarlarımla birlikdə həyəcanlı dəqiqələr yaşadıq. Biz sadəcə görüşün hansı nəticəylə başa çatacağıyla maraqlanırdiq. Yəni kiminsə əleyhinə azarkeşlik etmirdik. Əlbəttə, sevinirəm ki, iddiaçılar turnirinə vəsiqə qazandım. Bu ümumilikdə Azərbaycan şahmatının qələbəsidi. Ardıcıl 3 il bu mötəbər yarışda ölkəmiz təmsil olunur. Kazanda mən və Teymur Rəcəbov mübarizə apardı.Londonda Rəcəbov Azərbaycanı təmsil etdi. Gələn il yenidən mən iddiaçılar turnirində yarışmaq imkanı qazandım. İki güclü şahmatçı ardıcıl 3 il bu mötəbər yarışa vəsiqə qazanır.
 
- Karuananın Domingesə qalib gələ bilməyəcəyinə inanırdın?
- Domingesi yaxşı tanıyıram. Dəfələrlə müxtəlif turnirlərdə qarşılaşmışıq. Yaxşı şahmatçıdı. Bilirdim ki, əgər Dominges özü səhv etməsə ona qalib gəlmək çətin olacaq. Sözsüz ki, Karuana da zəif şahmatçı deyil. Qran-Pridə yaxşı oyun sərgilədi. Amma Domingesə qalib gələ bilməyəcəyini bilirdim. Dominges adi şahmatçı deyil. Əvvəldən axıra qədər partiyanı analiz edirdik və sonda heç-heçə mənim iddiaçılar turnirinə vəsiqə qazandığımı təsdiqlədi.
 
- Karuana layiq idi iddiaçılar turnirinə yoxsa sən?
- Düzünü deyim ki, hər ikimiz layiq idik. Karuana güclü idmançıdı və o da vəsiqə qazana bilərdi. Hardasa müəyyən mənada bəxt mənim tərəfimdə oldu. Amma mən də layiq idim. 2 Qran-Pridə qalib gələrək 1-ci yeri tutdum. Bütün yarışlarda yaxşı nəticə göstərdim. Hər şey onun öz əlində idi.
 
- İlk təbrik kimdən gəldi?
- Əvvəlcə atam zəng vurdu. O da Karuananın partiyasını izləyirdi. Ardınca federasiya rəsmiləri ardıcıl zəng vuraraq təbrik etdilər və uğurlar arzuladılar. Karuananın Domingeslə görüşündə o qədər həyəcan keçirdim ki, sanki özüm oynayırdım.
 
- İndi hazırlaşmaq lazım olacaq. Maraqlıdır, komandanda dəyişiklik olacaq?
- Kimlərlə işlədiyimi çoxları bilir, yəni sirr deyil. Amma komandada dəyişiklik olacağı istisna olunmur. Bu dəfə iddiaçılar turnirinə daha yaxşı formada yollanmalıyam. Qarşıda 5 ay var. Bu müddətdə bütün fikrimi iddiaçılar turnirinə yönəldəcəm. Bir neçə gündən sonra Bilbaodakı yarışda mübarizəyə başlayıram. Fikirləşirdim ki, iddiaçılar turnirinə vəsiqə qazanmasam əhvalım korlanacaq. İndi daha böyük həvəslə oynayacam.
 
- 2 il əvvəl Kazanda ilk turda Boris Gelfanda uduzdun. Bu dəfə yəqin ki, bir qədər fərqli formada hazırlaşacaqsan...
- Kazanda təcrübəm yox idi. İlk dəfə dünya çempionluğuna iddiaçıların turnirinə hazırlaşırdım. Bu dəfə səhvlərimi bilirəm. Atamla söhbətdə dedim ki, bəlkə də bu mənim üçün son şansdı. Əlbəttə, cavanam və gələcəkdə də belə yarışlarda çıxış edə bilərəm. Amma ikinci şansdan daha yaxşı istifadə etməliyəm. Gələn aydan hazırlığa başlayacam. İddiaçılar turnirinə mübarizə aparmaq və gücümü göstərmək üçün yollanacam.
 
- Şansların necədi?
- İddiaçılar turnirində çox amansız mübarizə olacaq. Ən güclü şahmatçılar mübarizə aparacaq. İndidən proqnoz vermək çətin olar. Amma mən sona qədər mübarizə aparacam. Əvvəlki səhvləri etməməliyəm. Bu şansdan maksimum yararlanmaqla özümü göstərməliyəm. Bu gün etiraf edim ki, iddiaçılar turnirində iştirak etməyə layiqəm. Amma yarış sabah başlasa mən hazır olmayacam. İndi bu turnirə hazır deyiləm. 5 ay sonra isə lazımi formada olacam. Əgər yaxşı oynayıramsa yenə də artırmalıyam.
 
- Ötən il çox zəif çıxış edirdin. Şəhriyarı dəyişən nə oldu?
- Reytinqim 2715-2720 olanda böyük sarsıntı içində olsamda özümü itirmədim. Özümə inanırdım və bilirdim ki, yalnız özüm əvvəlki nəticələri qazana bilərəm. Bildiyiniz kimi, Qran-Priyə də son anda vəsiqə qazandım. Karlsen, Aronyan və digər şahmatçılar iştirakdan imtina etdikdə FİDE-nin dəvət etdiyi şahmatçılardan biri də mən oldum. Fikirləşirdim ki, bu Tanrının mənə verdiyi şansdı. Gərək bundan yararlanım. Müəyyən qədər yaxşı oynamaqla iddiaçılara vəsiqəni təmin etdim. İndi orada yüksək yerlər uğrunda yarışa biləcək formanı toplamalıyam.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.