6 may 2013 19:03

Şahmat Bakıda keçiriləcək Avropa Oyunlarının proqramına daxil edilə bilər

Şahmatın 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarının proqramına daxil edilməsi məsələsi gündəlikdədi. Azerisport.az xəbər verir ki, bunu bazar ertəsi Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov mətbuat konfransında deyib.
 
Mətbuat konfransı Bakıda keçirilmiş FIDE-nin Prezident Şurasının ikinci iclasının yekunlarına həsr edilib.Onun sözlərinə görə, bu məsələ bazar ertəsi gənclər və idman naziri Azad Rəhimov ilə görüşdə müzakirə ediləcək.
 
"Məsələ hələ də gündəlikdədir. Ümid edirik ki, şahmat Avropa Oyunlarının proqramına daxil ediləcək. Bir çox tanınmış şahmatçı məmnuniyyətlə Oyunlara gələ və iştirak edərdi. Mən bu niyyətimi bir neçə ay əvvəl Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə də ifadə etmişəm", - İlyumjinov qeyd edib.
 
Onun sözlərinə görə, iclasın Bakıda keçirilməsi qərarı təsadüfən qəbul edilməyib, çünki Azərbaycan Şahmat Federasiyası şahmatın inkişafı ilə əlaqədar böyük iş həyata keçirir. Bundan başqa, bu qərar Bakıda 2015-ci il Dünya kuboku və 2016-cı il Şahmat Olimpiadasının keçirilməsi ilə bağlıdır.
 
Onun sözlərinə görə, iclasda bir sıra məsələlər müzakirə edilib, onlardan biri Hindistanın Çennay şəhərinin dünya çempionu titulu uğrunda hazırkı dünya çempionu Vişvanatan Anand ilə iddiaçıların turnirinin qalibi Maqnus Karlsen arasında görüşün keçirilməsi məkanı kimi təsdiq edilməsinə aid olub.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.