28 noyabr 2012 15:56

“Azərbaycan Dünya Kuboku zamanı erməni idmançıların təhlükəsizliyini təmin edəcək”

Azərbaycan şahmat üzrə 2015-ci il Dünya Kuboku və 2016-cı il Şahmat Olimpiadası dövründə erməni idmançıların təhlükəsizliyini tam təmin edəcək. Azerisport.az xəbər verir ki, bu barədə çərşənbə günü gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda qeyd edilən yarışların keçirilməsi haqqında müqavilənin imzalanması mərasimində deyib.
 
Müqavilə bu gün Bakıda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, həmçinin gənclər və idman naziri Azad Rəhimov tərəfindən imzalanıb.
 
"Biz Ermənistandan şahmatçıları qəbul etməyə hazırıq və təhlükəsizlik üzrə bütün məsələlər lazımi səviyyədə həll ediləcək. Bu, erməni idmançılarının Azərbaycanda iştirak etdiyi ilk yarış deyil", - Rəhimov vurğulayıb.
 
İlyumjinovun sözlərinə görə, 2013-cü il yanvarın 18-20-də Yerevanda FIDE-nin Prezident Şurası keçiriləcək. Şurada erməni idmançıların yarışlara gəlməsi, yerləşdirilməsi və iştirakını təmin etmək məsələləri müzakirə ediləcək.
 
FIDE-nin Dağlıq Qarabağ ərazisində Azərbaycan və Ermənistanın gənc idmançılarının iştirakı ilə uşaq şahmat turnirinin keçirilməsi ilə bağlı təklifini şərh edən Rəhimov vurğulayıb ki, ölkəmiz bu təklifi Azərbaycandan olan qonaqların turnirdə maneəsiz və təhlükəsizliyin təmin edilməsi şəraitində iştirak edə biləcəkləri təqdirdə dəstəkləyəcək.
 
Qeyd edək ki, Bakıda bu yarışların keçirilməsi haqqında qərar sentyabrda İstanbulda keçirilən FIDE-nin Baş Assambleyasında qəbul edilib. Albena (Bolqarıstan) və Tallin (Estoniya) də olimpiadaya ev sahibliyi etmək üçün namizədliklərini vermişdilər.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.