27 noyabr 2012 17:56

Azərbaycanın Dünya Kuboku və Olimpiada-2016-ya ev sahibliyinə dair sabah müqavilə imzalanacaq

Sabah - noyabrın 28-də, saat 14.30-da JW Mariot Abşeron mehmanxanasında Şahmat üzrə 2015-ci il Dünya Kuboku və 2016-cı il Olimpiya çempionatına Azərbaycan ev sahibliyinə dair müqavilə imzalanacaq. Azerisport.az xəbər verir ki, müqaviləni FİDE-nin prezidenti Kirsan İlyumjinov və Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov imzalayacaqlar.
 
İmzalama mərasimində Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov da iştirak edəcək.
 
Xatırladaq ki, ölkəmizin beynəlxalq miqyaslı iki mötəbər yarışa ev sahibliyi etməsinə dair qərar cari ilin sentyabr ayında İstanbulda keçirilən Beynəlxalq  Şahmat Fedrasiyasının konqresində  qəbul edilib. 2015-ci il Şahmat üzrə Dünya Kubokuna və  2016-cı il Şahmat Olimpiadasına ev sahibliyi etmək üçün üç ölkə - Azərbaycan, Estoniya, Bolqarıstan öz namizədliyini irəli sürmüşdü. Yekunda Konqres iştirakçıları yekdilliklə Azərbaycanın lehinə səs vermişdilər.
 
Qeyd edək ki, Şahmat üzrə Dünya Kubokunda 128 şahmatçı, Ümumdünya Şahmat Olimpiadasında isə təxminən dünyanın 150-dən artıq ölkəsinin qadın və kişi komandaları iştirak edəcəklər.
 
İmzalanma mərasimindən sonra jurnalistlərin sualları cavablandırılacaq.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.