8 sentyabr 2012 21:00

Olimpiada-2016 Bakıda keçiriləcək!

2016-cı il Şahmat Olimpiadası Bakıda keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə qərar Beynəlxalq Şahmat Federasiyasının Türkiyənin İstanbul şəhərində keçirilən 83-cü konqresində qəbul olunub.
 
Konqresdə yalnız Azərbaycanın namizədliyinə baxılıb. Tədbirin əvvəlində Ermənistan tərəfi olimpiadanın ölkəmizdə təşkilinin müzakirə olunmasına mane olmağa çalışıb. Ermənistan Şahmat Akademiyasının direktoru Ermənistan – Azərbaycan münaqişəsinin keçirildiyi müddətdə olimpiadanın Bakıda keçirilməməsini təklif edib. Lakin Türkiyə Şahmat Federasiyasının prezidenti Ali Nihat Yazıçı öncə Bakı şəhərinin təqdimatının nümayişini, sonra isə Ermənistan tərəfinin təklifinin səsə qoyulmasının məqsədəuyğunluğunu deyib. Bakının təklifinin dəyərləndirilməsi səsvermə ilə qərara alınıb.
 
Geniş müzakirələrdən sonra ermənilərin bütün narazılıqlarına yerində cavab verilib və Şahmat Olimpiadasının Bakıda keçirilməsi təklifi səsə qoyulub. Əksəriyyət təklifin lehinə səs verib. Beləliklə, Azərbaycan idmanı tarixi ərzində ölkəmizin ən nüfuzlu yarışına təşkilatçılıq edəcəyi təsdiqlənib.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.