8 sentyabr 2012 00:37
Azərbaycan Ukrayna və Fransaya məğlub oldu (YENİLƏNİB)
Türkiyənin İstanbul şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadası davam edir. Azerisport.az xəbər verir ki, artıq 10-cu turun oyunları keçirilib.
Azərbaycanın kişilərdən ibarət yığması onuncu görüşündə son olimpiya çempionu Ukrayna ilə üz-üzə gəlib. Baş məşqçi Vladimir Tukmakov yığmamızın üzvlərindən aşağıdakılara güvənib: Teymur Rəcəbov, Eltac Səfərli, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov. Teymur, Şəhriyar və Rauf rəqibləri ilə sülhə razılaşıb. Eltacın uduzması isə komandamıza məğlubiyyət gətirib - 1,5:2,5.
Qadınlardan ibarət yığmamız isə bu tur Fransa ilə qarşılaşıb. Qələbə ümidlərimiz Zeynəb Məmmədyarova, Gülnar Məmmədova, Türkan Məmmədyarova və Nərgiz Umudova idi. Amma təəssüf ki, qızlarımız da oğlanlar kimi uğursuz çıxış ediblər. Zeynəblə Nərgiz məğlubiyyətlə üzləşib. Türkan heç-heçəyə razılaşsa da, Gülnar qələbə qazanıb. Amma bu, komandamızın 1:5:2,5 hesablı yenilgidən yaxa qurtmarması üçün yetərli olmayıb.
Qeyd edək ki, hazırda kişilərdən ibarət yığmamız 13 xalla 16-cı pillədə qərarlaşıb. Qadınlardan ibarət yığmamız isə 13 xalla 18-ci pillədə qərarlaşıb.
