6 sentyabr 2012 22:00

Azərbaycandan Polşa ilə sülh, Gürcüstan üzərində qələbə (YENİLƏNİB)

Türkiyənin İstanbul şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadası davam edir. Azerisport.az xəbər verir ki, bu gün 9-cu turun oyunları keçirilib.
 
Azərbaycanın kişilərdən ibarət yığması doqquzuncu görüşündə Polşa ilə üz-üzə gəlib. Baş məşqçi Vladimir Tukmakov Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Qədir Hüseynova güvənib. Onların cəhdləri isə yalnız 2:2 hesablı heç-heçəyə yetib. Çünki Şəhriyarın qələbə qazandığı turda Teymur məğlubiyyətlə üzləşib. Raufla Qədir isə rəqibləri ilə xal bölgüsünə razılaşıblar.

Qadınlardan ibarət yığmamız isə bu tur Gürcüstan ilə qarşılaşıb. Qızlarımızdan Zeynəb Məmmədyarova rəqibini məğlub edib, Gülnar Məmmədova, Nərgiz Umudova və Xəyalə İsgəndərova isə heç-heçə ilə kifayətlənib. Beləcə, komandamız 2,5:1,5 hesablı qələbəyə sevinib.
 
Qeyd edək ki, hazırda kişilərdən ibarət yığmamız 13 xalla 9-cu pillədədi. Elə qızlarımız da 13 xalla 9-cu yerdə gedir.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.