5 sentyabr 2012 23:58

Azərbaycan Yunanıstanı məğlub edib, Çinlə sülh bağladı (YENİLƏNİB)

Türkiyənin İstanbul şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadası davam edir. Azerisport.az xəbər verir ki, bu gün 8-ci turun oyunları keçirilib.
 
Azərbaycanın kişilərdən ibarət yığması səkkizinci görüşündə Çin ilə üz-üzə gəlib. Baş məşqçi Vladimir Tukmakov bu dəfə Teymur Rəcəbova, Şəhriyar Məmmədyarova, Rauf Məmmədova və Qədir Hüseynova güvənib. Teymurla Qədir rəqibləriylə sülhə razılaşıb. Şəhriyar qələbə qazansa da, Rauf rəqibinə uduzub. Nəticədə yığmamız 2:2 hesablı heç-heçəyə razılaşıb - 2:2.
 
Qadınlardan ibarət yığmamız isə bu tur Yunanıstan ilə qarşılaşıb. Qızlarımızdan yunanlarla Zeynəb Məmmədyarova, Gülnar Məmmədova, Türkan Məmmədyarova və Xəyalə İsgəndərova mübarizə aparıb. Zeynəb, Gülnar və Türkan rəqibləriylə sülhə razılaşıb. Xəyalənin qələbəsi isə millimizə 2,5:1,5 hesablı qalibiyyət qazandırıb.

Qeyd edək ki, hazırda kişilərdən ibarət yığmamız 12 xalla 7-ci pillədədi. Qızlarımız isə 11 xalla 19-cu yerdə gedir.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.