4 sentyabr 2012 23:00
Azərbaycan Rusiyaya məğlub oldu, Sloveniya ilə sülh bağladı (YENİLƏNİB)
Türkiyənin İstanbul şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadası davam edir. Azerisport.az xəbər verir ki, bu gün yeddinci turun oyunları keçirilib.
Azərbaycanın kişilərdən ibarət yığması yeddinci görüşündə Rusiya ilə üz-üzə gəlib. Baş məşqçi Vladimir Tukmakov bu dəfə Teymur Rəcəbov, Eltac Səfərli, Şəhriyar Məmmədyarov və Rauf Məmmədov "dördlüy"ünə güvənib. Teymur, Şəhriyar və Rauf rəqibləri ilə sülhə razılaşıb. Amma Eltacın məğlubiyyəti yığmamızın 1,5:2,5 hesablı yenilgisi ilə nəticələnib.
Qadınlardan ibarət yığmamız isə bu tur Sloveniya ilə qarşılaşıb. Qələbə ümidlərimiz Zeynəb Məmmədyarova, Gülnar Məmmədova, Nərgiz Umudova, Xəyalə İsgəndərova idi. Zeynəblə Xəyalə rəqibləri ilə xal bölgüsünə razılaşıb. Gülnar isə qələbə qazanıb. Amma Nərgizin məğlubiyyəti sonda komandamızın 2:2 hesablı heç-heçəyə razılaşmasına gətirib çıxarıb.
Qeyd edək ki, hazırda kişilərdən ibarət yığmamız 11 xalla 7-ci pillədədi. Qızlarımız isə 9 xalla 26-cı yerdə gedir.
