2 sentyabr 2012 00:08
Azərbaycanın növbəti rəqibləri Xorvatiya və Ukrayna oldu
Türkiyənin İstanbul şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadası davam edir. Azerisport.az xəbər verir ki, bu gün turnirdə istirahət olacaq.
Amma artıq altıncı turun cütlükləri bəllidi. Belə ki, Azərbaycanın kişilərdən ibarət yığması altıncı görüşündə Xorvatiya ilə üz-üzə gələcək. Qadınlardan ibarət yığmamız isə bu tur Ukrayna ilə qarşılaşacaq. Qeyd edək ki, görüşlər sabah – sentyabrın 3-də baş tutacaq.
Qeyd edək ki, hazırda kişilərdən ibarət yığmamız 9 xalla 3-cü pillədədi. Qızlarımız isə 8 xalla 10-cu yerdə gedir.
