31 avqust 2012 03:54
Azərbaycan Farer adaları və Danimarka üzərində qələbəyə sevindi (YENİLƏNİB)
Türkiyənin İstanbul şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadası davam edir. Azerisport.az xəbər verir ki, ötəm gün üçüncü turun oyunları keçirilib.
Azərbaycanın kişilərdən ibarət yığması üçüncü görüşünü Farer adalarına qarşı keçirib. Millimizin qələbə ümidləri Teymur Rəcəbov, Eltac Səfərli, Rauf Məmmədov və Qədir Hüseynov idi. Millimizin üzvlərindən yalnız Eltac rəqibi ilə sülh bağlayıb. Digər üç şahmatçımız isə qələbə qazanıb. Beləcə, yığmamız 3,5:0,5 hesabıyla yenilib.
Turnir cədvəlindəki durum belədi: 1. ABŞ - 6 xal, Çin - 6, 3. Almaniya - 6, 4. Azərbaycan - 6, 5. Fransa - 6...
Qadınlardan ibarət yığmamız isə bu tur Danimarka ilə qarşılaşıb. Qızlarımızdan Zeynəb Məmmədyarova, Gülnar Məmmədova, Türkan Məmmədyarova və Nərgiz Umudova öz bacarığını nümayiş etdirib. Təmsilçilərimizin hamısı qələbə qazanıb və yığmamız Danimarka səddini darmadağınla keçib - 4:0.
Turnir cədvəli: 1. Hindistan - 6, 2. Rusiya - 6, 3. Çexiya - 6, 4. Slovakiya - 6, 5. Serbiya - 6... 35. Azərbaycan - 4.
