30 avqust 2012 00:34
Azərbaycan İrlandiyanı məğlub etdi, Rumıniyaya uduzdu (YENİLƏNİB)
Türkiyənin İstanbul şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadası davam edir. Azerisport.az xəbər verir ki, artıq ikinci turun oyunları keçirilib.
Azərbaycanın kişilərdən ibarət yığması ikinci görüşünü İrlaniyaya qarşı keçirib. Millimizin heyətində stol arxasına Eltac Səfərli, Şəhriyat Məmmədyarov, Rauf Məmmədov və Qədir Hüseynov keçib. Onlardan yalnız Rauf Məmmədov rəqibi ilə heç-heçəyə razılaşıb. Digər şahmatçılarımız isə qələbəyə seviniblər. Nəticədə yığmamız İrlandiyanı 3,5:0,5 hesabıyla məğlub edib.
Kişilərin mübarizəsində turnir cədvəlinin ilk beşliyi belədi: Slovakiya, ABŞ, AZƏRBAYCAN, Fransa, Kuba - hərəyə 4 xal (8).
Qadınlardan ibarət yığmamız isə bu tur Rumıniya ilə qarşılaşıb. Qızlarımızdan Zeynəb Məmmədyarova, Gülnür Məmmədova, Türkan Məmmədyarova və Nərgiz Umudova öz bacarığını nümayiş etdirməli olub. Zeynəb, Gülnar və Türkan rəqibləri ilə sülhə razılaşıb. Amma Nərgiz rəqibinə uduzduğundan, yığmamız 1,5:2,5 hesabı ilə məğlub olub.
Qadınların mübarizəsində ilk beşlik belədi: Çin, Gürcüstan, Polşa, Fransa, Serbiya - hərəyə 4 xal (8). Azərbaycan millisi isə 37-ci sıradadı - 2 xal (5,5 xal)
