29 avqust 2012 13:26
Azərbaycan Lüksemburq və Puerto Rika üzərində qələbəyə sevindi
Türkiyənin İstanbul şəhərində ümumdünya Şahmat Olimpiadasına start verilib. Azerisport.az xəbər verir ki, turnirdə Azərbaycan yığması da qüvvəsini sınayır.
Kişilrdən ibarət yığmamız startda Lüksemburqla qarşılaşıb. Komandamız bu görüşdən inamlı qələbə ilə ayrılıb. Belə ki, Teymur Rəcəbov, Eltac Səfərli, Şəhriyar Məmmədyarov və Rauf Məmmədov “dördlüy”ü rəqiblərinə aman verməyib – 4:0.
Qadınlardan ibarət millimiz isə eyni aqibəti Puerto Rikaya yaşadıb. Komandamızın üzvlərindən Zeynəb Məmmədyarova, Gülnar Məmmədova, Türkan Məmmədyarova və Xəyalə İsgəndərova görüşlərini qalib başa vurublar – 4:0.
