3 avqust 2012 02:04

Üç həmyerlimiz dünya çempionatında

Afinada yeniyetmələr arasında şahmat üzrə dünya çempionatı başlayıb. Azerisport.az xəbər verir ki, yarış çərçivəsində 1992-ci il təvəllüdlü və daha kiçik şahmatçılar üçün iki turnir keçiriləcək. 20 yaşınadək olan gənclərin yarışlarında Azərbaycan şahmatçısı Ülvi Bacarani (2446), gənc qızlar arasında bu yaş dərəcəsində Xəyalə Abdulla (2217) və Səbinə İbrahimova (2091) çıxış edirlər.
 
Turnir İsveçrə sistemi üzrə 13 turda keçirilir. Püşkatmada yalnız Beynəlxalq Şahmat Federasiyasının (FIDE) reytinqləri nəzərə alınır. Vaxta nəzarət: ilk 40 gediş üçün 90 dəqiqə üstəgəl 1-ci gedişdən başlayaraq hər gediş üçün 30 saniyə əlavə etməklə partiyanın sonunadək 30 dəqiqə. 30-cu gedişədək heç-heçə oyun təklif etməyə icazə verilmir.
 
2012-ci ilin 20 yaşınadək gənclər arasında dünya çempionatının qalibinə beynəlxalq dərəcəli qrossmeyster adı verilir. O, həmçinin 2012-2014-cü illərin dünya çempionatı yarışlarının tərkib hissəsi olan 2013-cü ilin Dünya kuboku yarışlarına seçilir.
 
2012-ci ilin 20 yaşınadək gənc qızlar arasında dünya çempionatının qalibinə də beynəlxalq dərəcəli qrossmeyster adı və doqquz partiya üzrə bir beynəlxalq usta norması verilir. O, həmçinin 2014-cü ildə qadınların Dünya çempionatına seçilir. Hər iki dərəcədə həm oğlanlar, həm də qızlar arasında gümüş və bürünc mükafat alanlar beynəlxalq dərəcəli usta adına layiq görülürlər.
 
Çempionat avqustun 15-də başa çatacaq.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.