1 avqust 2012 13:54
Azərbaycan millisi Avropa çempionatında iştirak edəcək
Avqustun 1-dən 10-dək Naberejnıye Çelnıda məktəblilər arasında şahmat üzrə Avropa komanda çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, yarışda Azərbaycan, Belarus, Ukrayna, Rusiya, Rumıniya, Belçika, Böyük Britaniya və başqa ölkələrin 25 şəhərini təmsil edən 32 komanda iştirak edəcək.
İştirakçıların yaşı 14-dən yuxarı olmamalıdı. Yarış İsveçrə sistemi üzrə 7 turda keçiriləcək.
