11 iyun 2012 15:57
Azərbaycan çempionatı başa çatdı
Veteranlar arasında şahmat üzrə Azərbaycan çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasının veteranlar arasında təşkil etdiyi bu turnir sayca 5-ci Azərbaycan çempionatıdı.
Yarışlarda 24 şahmatçı iştirak edib. İsveç sistemi üzrə 9 turun nəticələrinə görə 6,5 xalla Ələmdar Məmmədov qalib gəlib. Gümüş medal Ravis Babayevə (6,5 xal), bürünc isə Həmzə İsmayılova (6,5 xal) təqdim edilib.
