20 fevral 2012 13:16
Azərbaycan DÇ-2013-ə ev sahibliyi etmək istəyir
Azərbaycan 2013-cü ildə keçiriləcək şahmat üzrə dünya çempionatına ev sahibliyi etmək istəyir. Azerisport.az xəbər verir ki, bu barədə FİDE-nin prezidenti Kirsan İlyumjinov açıqlamasında bildirib.
Qeyd edək ki, Azərbaycan iddiaçıların turnirinə də ev sahibliyi etmək iddiasındaydı. Lakin sonradan bu mötəbər yarışın növbəti mərhələsinin oktyabrın 23-dən noyabrın 13-nə kimi Londonda keçirilməsinə qərar verildi. İddiaçıların turnirinin ev sahibliyinə Azərbaycanla yanaşı Bolqarıstan da namizəd idi. Lakin Aronyan İlyumjinova və FİDE-nin Prezident Şurasının üzvlərinə məktubunda bildirmişdi ki, yarış Bakıda təşkil edilərsə, iştirak etməyəcək.
