17 fevral 2012 14:35
Rusiya - Azərbaycan görüşü təxirə salındı
Rusiya və Azərbaycanın şahmat yığmaları arasında keçiriləcək yoldaşlıq görüşü təxirə salınıb. Azerisport.az xəbər verir ki, buna Azərbaycan yığmasının iki şahmatçısının xəstələnməsi səbəb olub.
Lakin Azərbaycanın Şahmat Federasiyası xəstələnən qrossmeysterlərin adlarını açıqlamır. Qeyd edək ki, görüş martın 2-dən 8-dək Moskvada keçirilməli idi. Bu qarşılaşmanın nə vaxt gerçəkləşəcəyi hələlik bəlli deyil.
