31 dekabr 2011 16:16
Rəcəbov və Həşimov FIDE-nin dünya onluğunda
İlin yekunlarına görə FIDE-nin Yanvarın 1-nə açıqladığı dünya reytinqində iki azərbaycanlı qrossmeyster qərarlaşıb.
Azerisport.az xəbər verir ki, Teymur Rəcəbov beşinci pilləni qoruyub saxlayıb (2273 xal). Vüqar Həşimov 11-ci pillədən 10-cu pilləyə qalxıb (2761 xal). Şəhriyar Məmmədyarv isə 14-cü pillədə qərarlaşıb (2747 xal).
Maqnus Karlsen zirvəni qoruyub (2835 xal). Levon Aronyan (2805 xal), Vladimir Kramnik (2801) ikinci-üçüncü yerləri bölüşür.
