20 dekabr 2011 00:12

Ucarda şahmat festivalı (FOTOREPORTAJ)

Ucar şəhərində “Ucar şahmat festivalı-2011” adlı yarış keçirilib. Azerisport.az xəbər verir ki, festivalda respublikamızın 10 rayon və şəhərindən 100–dən çox şahmatçı iştirak edib.
Festivalda Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Beynəlxalq dərəcəli hakim Faiq Həsənov, Milli Məclisin elm və təhsil komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, şahmat üzrə Azərbaycan yığma komandasının üzvləri, beynəlxalq qrossmeysterlər, dünya və Avropa çempionları Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Rauf Məmmədov, Eltac Səfərli və başqaları iştirak ediblər.
 
İki hissədən ibarət festivalın birinci hissəsində uşaqların komanda yarışları keçirilib. İkinci hissədə isə milli yığma komandanın üzvləri 50 taxtada eyni vaxtda uşaqlarla oynayıb, onlara ustad dərsləri keçiblər. Komanda yarışlarının qalibləri və eynivaxtlı seansda yaxşı oyun göstərən uşaqlara kubok, medallar, pul mükafatları və qiymətli hədiyyələr təqdim edilib.
 

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.