12 noyabr 2011 00:11

Azərbaycan Avropa ikincisi oldu

Yunanıstanın Porto Karras şəhərində keçirilən şahmat üzrə komandalararası Avropa çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, ötən gün turnirin həlledici - doqquzuncu turunun oyunları baş tutub.

Komandamız son turda Rumıniya ilə görüşüb. Vladimir Tukmakovun yetirmələri ötən tur məğlubiyyətə üzülsə də, bu dəfə qələbəyə sevinib.
 
Şahmatçılarımızdan Vüqar Həşimov və Şəhriyar Məmmədyarov bu turda rəqiblərini məğlub edib. Teymur Rəcəbovla Qədir Hüseynov isə xal bölgüsünə üstünlük verib.
 
Bu qələbə sayəsində yığmamız AÇ-ni ikinci pillədə bitirməli olub. Komandamız yalnız qitə çempionu adını qazanan Almaniyadan geri qalıb.
 
Yunanıstan
Avropa çempionatı
9-cu tur
11 noyabr
 
AZƏRBAYCAN - RUMINİYA - 3:1

Teymur Rəcəbov – Konstantin Lupulesku - 0,5:0,5
Vüqar Həşimov – Mirça Emilian Parliqras – 1:0
Şəhriyar Məmmədyarov – Levente Vaca – 1:0
Qədir Hüseynov – Mixail Marin - 0,5:0,5
 
Son turun digər maraqlı qarşılaşmaları:
Almaniya – Ermənistan - 2,5:1,5
Macarıstan – Bolqarıstan - 4:0
Sloveniya – Rusiya - 1:3
Hollandiya – Çexiya - 2,5:1,5
Fransa – İspaniya - 1,5:2,5 
 
Yekun turnir cədvəli: 1. Almaniya - 15 xal (22,5 şəxsi), 2. Azərbaycan - 14 (23), 3. Macarıstan - 13 (23), 4. Ermənistan - 13 (22,5), 5. Rusiya - 13 (21,5).
 
Qadınlardan ibarət yığmamız isə Macarıstanla qarşılaşıb. Qadın şahmatçılarımız isə yekun turunda heç-heçəyə razılaşıblar. Komandamız AÇ-ni 20-ci pillədə başa vurub.
 
AZƏRBAYCAN – MACARISTAN - 2:2
 
Zeynəb Məmmədyarova – Tan Tranq Hoanq - 0,5:0,5
Nərmin Kazımova – Anna Rudolf - 0,5:0,5
Gülnar Məmmədova – Tiçiya Qara - 1:0
Nərgiz Umudova – Anita Qara - 0:1
 
Son turun digər maraqlı qarşılaşmaları:
Rusiya – Avstriya - 3:1
Ermənistan – Polşa - 2:2
Fransa – Ukrayna - 3:1
Rumıniya – Gürcüstan - 1,5:2,5

Yekun turnir cədvəli: 1. Rusiya - 17 (25,5), 2. Polşa - 14 (23), 3. Gürcüstan - 14 (22,5), 20. Azərbaycan - 8 (17,5)
 
Qeyd edək ki, kişilərin açıq çempionatında 38, qadınların çempionatında isə 28 komanda iştirak edirdi. Komandalar İsveçrə sistemi üzrə 9 tur keçirdilər. Vaxt nəzarəti 40 gedişə 90 dəqiqə və nəticəyə qədər ilk gedişdən başlayaraq hər gedişə 30 saniyə əlavə edilməklə yarım saat idi.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.