10 noyabr 2011 00:28
Bolqarıstanı yenib, Çexiyaya uduzduq
Yunanıstanın Porto Karras şəhərində keçirilən şahmat üzrə komandalararası Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, ötən gün turnirin yeddinci turunun oyunları baş tutub.
Azərbaycanın kişilərdən ibarət milli komandası Bolqarıstanla qarşılaşıb. Yığmamız bu dəfə də qələbə qazanıb.
Teymur Rəcəbov rəqibi ilə dueldən sülhlə ayrılıb. Vüqar Həşimov, Şəhriyar Məmmədyarov və Eltac Səfərli isə rəqiblərini məğlub edib.
Qadınlardan ibarət millimiz isə bu dəfə məğlub olub. Şahmatçılarımız Çexiya ilə dueldə uğursuzluqla üzləşiblər.
Zeynəb Məmmədyarova və Türkan Məmmədyarova rəqiblərinə uduzub. Gülnar Məmmədova ilə Nərmin Kazımova isə rəqibləri ilə xalları yarı bölüb.
Yunanıstan
Avropa çempionatı
7-ci tur
9 noyabr
Kişilər
Azərbaycan – Bolqarıstan – 3,5:0,5
Teymur Rəcəbov – Veselin Topalov - 0,5:0,5
Vüqar Həşimov – İvan Çeparinov – 1:0
Şəhriyar Məmmədyarov – Aleksandr Delçev – 1:0
Eltac Səfərli – Kiril Georgiyev – 1:0
Qadınlar
Azərbaycan – Çexiya - 1:3
Zeynəb Məmmədyarova – Eva Kulovana – 0:1
Nərmin Kazımova – Katerina Nemçova - 0,5:0,5
Gülnar Məmmədova – Kristina Xavlikova - 0,5:0,5
Türkan Məmmədyarova – Tereza Olsarova – 0:1
