11 noyabr 2011 00:28

Millimiz Almaniyaya uduzub, zirvəni əldən verdi (YENİLƏNİB)

Yunanıstanın Porto Karras şəhərində keçirilən şahmat üzrə komandalararası Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, ötən gün turnirin səkkizinci turunun oyunları baş tutub..
 
Komandamız bu dəfə Almaniya ilə görüşüb. Vladimir Tukmakovun yetirmələri görüşə birinciliyin vahid lideri qismində çıxmışdılar. Lakin təəssüf ki, bu dəfə komandamız məğlubiyyətə üzülüb.
 
Şahmatçılarımızdan Vüqar Həşimov, Şəhriyar Məmmədyarov və Qədir Hüseynov bu turda rəqibləriylə xal bölgüsünə üstünlük verib. Teymur Rəcəbov isə məğlubiyyətdən qaça bilməyib.
 
Yunanıstan
Avropa çempionatı
8-ci tur
10 noyabr
 
AZƏRBAYCAN - ALMANİYA - 1,5:2,5
 
Teymur Rəcəbov - Arkadiy Naydiç - 0:1
Vüqar Həşimov - Georq Meyer - 0,5:0,5
Şəhriyar Məmmədyarov - Daniel Fridman - 0,5:0,5
Qədir Hüseynov - Yan Qustafsson - 0,5:0,5
 
Səkkizinci turun digər maraqlı qarşılaşmaları:
 
Ermənistan - Hollandiya - 3:1
Rumıniya - Macarıstan - 2:2
Bolqarıstan - İtaliya - 3:1
Rusiya - Fransa - 2,5:1,5
Çexiya - Serbiya - 2,5:1,5
 
Səkkizinci turdan sonra turnir cədvəlində vəziyyət:
1. Ermənistan - 13 xal (21 şəxsi), Almaniya - 13 (20), 3. Azərbaycan - 12 (20), Bolqarıstan - 12 (18,5), Macarıstan, Rumıniya - hərəyə 11 (19), Rusiya - 11 (18,5).
 
Qadınlardan ibarət yığmamız isə Avstriya ilə qarşılaşıb. Təəssüf ki, qadın şahmatçılarımız da turu yenilgiylə başa vurublar:
 
AZƏRBAYCAN - AVSTRİYA - 1:3
 
Zeynəb Məmmədyarova - Yeva Mozer - 0:1
Nərmin Kazımova - Veronika Eksler - 1:0
Türkan Məmmədyarova - Katarina Nevrkla - 0:1
Nərgiz Umudova - Culiya Novkoviç - 0:1
 
Səkkizinci turun digər maraqlı qarşılaşmaları:
Rusiya - Fransa - 3:1
Polşa - Çexiya - 2,5:1,5
Gürcüstan - Bolqarıstan - 3:1
Ukrayna - Macarıstan - 3:1
Serbiya - Ermənistan - 1,5:2,5
 
Yeddinci turdan sonra turnir cədvəlində vəziyyət:
1. Rusiya - 15 (22,5), Polşa - 13 (21), Ukrayna - 12 (20,5), Gürcüstan - 12 (20), 17. Azərbaycan - 7 (15,5)
 
Qeyd edək ki, kişilərin açıq çempionatında 38, qadınların çempionatında isə 28 komanda iştirak edir. Komandalar İsveçrə sistemi üzrə 9 tur keçirəcəklər. Vaxt nəzarəti 40 gedişə 90 dəqiqə və nəticəyə qədər ilk gedişdən başlayaraq hər gedişə 30 saniyə əlavə edilməklə yarım saatdı.

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.