10 noyabr 2011 10:40
Qrossmeysterlərimizin Qran-Pri turnirlərində iştirak imkanı var
FIDE gələn il üç Qran-Pri turniri təşkil edəcək. Yarışlarda azərbaycanlı qrossmeysterlər də iştirak edə biləcəklər.
Azerisport.az xəbər verir ki, təqvimə əsasən ilk turnir 15 Fevral 2 Mart tarixləri aralığında Nyu-Yorkda, 1-15 May tarixində Londonda təşkil ediləcək. 15-30 İyul aralığında isə Çelyabinsk turnirə ev sahibliyi edəcək.
