9 noyabr 2011 00:58

Azərbaycan Rusiya və İsrail üzərində qələbəyə sevindi

Yunanıstanın Porto Karras şəhərində keçirilən şahmat üzrə komandalararası Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, ötən gün turnirin altıncı turunun oyunları baş tutub.
 
Azərbaycanın kişilərdən ibarət milli komandası Rusiya ilə qarşılaşıb. Son iki turda heç-heçəyə razılaşan yığmamız bu dəfə qələbə qazanıb.
 
Teymur Rəcəbov rəqibi ilə dueldən qələbə ilə ayrılıb. Vüqar Həşimov, Şəhriyar Məmmədyarov və Qədir Hüseynov isə xal bölgüsünə razılaşıblar.
 
Qadınlardan ibarət millimiz də qələbə qazanıb. Şahmatçılarımız İsrail üzərində qələbəyə seviniblər.

Zeynəb Məmmədyarova, Gülnar Məmmədova və Türkan Məmmədyarova rəqibləri ilə xalları yarı bölüblər. Nərgiz Umudova isə qələbə qazanmaqla komanda hesabında da qələbəmizi təmin edib.
 
Yunanıstan
Avropa çempionatı
6-cı tur
8 noyabr
 
Kişilər
 
Azərbaycan – Rusiya – 2,5:1,5
Teymur Rəcəbov – Petr Svidler - 1:0
Vüqar Həşimov – Aleksandr Qrişuk - 0,5:0,5
Şəhriyar Məmmədyarov – Sergey Karyakin - 0,5:0,5
Qədir Hüseynov – Yan Nepomnyaşi - 0,5:0,5
 
Qadınlar
 
Azərbaycan – İsrail - 2,5:1,5
Zeynəb Məmmədyarova – Maşa Klinova - 0,5:0,5
Nərgiz Umudova – Olqa Vasilyev – 1:0
Gülnar Məmmədova – Marsel Yefroimski - 0,5:0,5
Türkan Məmmədyarova – Angela Borsuk - 0,5:0,5

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.