7 noyabr 2011 00:53
Yığmamızın qələbə seriyası qırıldı
Yunanıstanın Porto Karras şəhərində keçirilən şahmat üzrə komandalararası Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, ötən gün turnirin dördüncü turunun oyunları baş tutub.
Azərbaycanın kişilərdən ibarət milli komandası İspaniya ilə qarşılaşıb. İlk üç turda ardıcıl olaraq İtaliya, Ermənistan və Yunanıstan üzərində qələbə qazanan yığmamız bu dəfə xal itirib.
Şahmatçılarımızdan Teymur Rəcəbovla Vüqar Həşimov rəqibləri ilə sülh bağlayıb. Şəhriyar Məmmədyarov komandamızın yeganə qələbə qazanan üzvü olsa da, Qədir Hüseynov uduzmaqla ümumi hesabın heç-heçə bitməsinə imkan verib – 2:2
Qadınlardan ibarət millimiz isə bu dəfə qələbə qazanıb. Yığmamız xorvatlar üzərində inamlı qələbəyə sevinib.
Yunanıstan
Avropa çempionatı
4-cü tur
6 noyabr
Kişilər
Azərbaycan – İspaniya - 2:2
Teymur Rəcəbov – Fransisko Valexo - 0,5:0,5
Vüqar Həşimov – Aleksey Şirov - 0,5:0,5
Şəhriyar Məmmədyarov – İvan Salqado - 1:0
Qədir Hüseynov – Migel İlyeskas - 0:1
Qadınlar
Azərbaycan – Xorvatiya - 3,5:0,5
Zeynəb Məmmədyarova – Valentina Qolubenko - 1:0
Nərmin Kazımova – Borka Françiskoviç - 0,5:0,5
Gülnar Məmmədova – Miryana Mediç - 1:0
Nərgiz Umudova – Kristina Sariç - 1:0
