5 noyabr 2011 00:17

Yığmamız Ermənistan üzərində qələbəyə sevindi

Yunanıstanın Porto Karras şəhərində keçirilən şahmat üzrə komandalararası Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, ötən gün turnirdə növbəti turun oyunları keçirilib.
 
İlk turda İtaliyaya qalib gələn Azərbaycanın kişilərdən ibarət milli komandası Ermənistanla qarşılaşıb. Yığmamızın üzvlərindən Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov düşmən ölkə təmsilçisləri ilə sülh bağlayıb. Vüqar Həşimovla Qədir Hüseynov isə rəqiblərinə qalib gələrək, Azərbaycanın 3:1 hesablı qələbəsini təmin edib.
 
Qadınlardan ibarət yığmamız isə Litvanı sınağa çəkib. Yığmamızın üzvlərindən Zeynəb Məmmədyarova və Nərgiz Umudova rəqiblərinə qalib gəlib, Gülnar Məmmədova və Türkan Məmmədyarova məğlub olub. Nəticədə oyun 2:2 hesabı ilə yekunlaşıb.
 
Yunanıstan
Avropa çempionatı
2-ci tur
4 noyabr
 
Kişilər
 
Ermənistan - Azərbaycan 1:3
Levon Aronyan - Teymur Rəcəbov - 0,5:0,5
Sergey Movsesyan - Vüqar Həşimov - 1:0
Vladimir Akopyan - Şəhriyar Məmmədyarov - 0,5:0,5
Qabriel Sarkissyan - Qədir Hüseynov - 0:1
 
Qadınlar
 
Azərbaycan - Litva 2:2
 
Zeynəb Məmmədyarova - Deymante Daulite - 1:0
Gülnar Məmmədova - Salomeya Zaksayte - 0:1
Türkan Məmmədyarova - Dominika Batkovskite - 0:1
Nərgiz Umudova - Qiedre Vanaqayte - 1:0

Похожие новости

Şahmat 13 sentyabr

Etyen Bakro: Belə turnirlərdə hər cür vəziyyətə hazır olmalısan

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib.
Şahmat 13 sentyabr

Bakı Şahmat Olimpiadasında son tur

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun təqvimi müəyyənləşib
Şahmat 12 sentyabr

Baku Openin ilk qalibləri məlum oldu

Uşaqlar arasında şahmat üzrə Baku Open beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
Şahmat 12 sentyabr

Kişi şahmatçılarımız üçün uğursuz tur

Bakıda təşkil olunmuş 42-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başa çatıb
Şahmat 12 sentyabr

Azərbaycan İngiltərə və Kolumbiyaya qarşı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə bacarmadı

Bakıda təşkil olunmuş 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun oyunları keçirilib.
Şahmat 11 sentyabr

Azərbaycan Rusiya və Ukrayna ilə üz-üzə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 9-cu turun təqvimi müəyyənləşib
Şahmat 11 sentyabr

Bakıda FİDE-nin Baş Assambleyasının iclası başlayıb

Bu gün Bakıda FİDE-nin 87-ci konqresi çərçivəsində Baş Assambleyanın iclası öz işinə başlayıb
Şahmat 11 sentyabr

Leyla Əliyeva Bakı Şahmat Olimpiadasının səkkizinci turunun oyunlarını izləyib

Sentyabrın 10-da Bakı Kristal Zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib.